Növbəti SAT imtahanının dekabr ayının 3-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və noyabr ayının 3-ü saat 09:00-dək davam edəcək (gözləmə siyahısı üçün qeydiyyat isə noyabr ayının 26-ə kimi davam edəcək).

İmtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı verilmiş http://www.tqdk.gov.az/exam/sat/  keçiddən əldə etmək mümkündür./tqdk.gov.az

Leave a Reply

Your email address will not be published.