Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Tələbə qəbulu: Azərbaycan və rus bölmələrinə ikili standart

imtahannnnnnnnAzərbaycan bölməsinin abituriyentləri ali məktəblərə yüksək balla, rus bölməsinin abituriyentləri isə aşağı balla qəbul olunur.

2015/2016-cı tədris ili üçün ali məktəblərə tələbə qəbulunda iki məsələ ictimaiyyətdə daha çox müzakirə olunur. Bunlardan birincisi ali təhsil müəssisələrinə yerləşdirmənin I mərhələsindən sonra boş qalmış yerlərin sayının əvvəlki illərlə müqayisədə xeyli çox olmasıdır. Digər məsələ isə Azərbaycan və rus bölmələri arasında ciddi fərqlərin tətbiq edilməsidir ki, bu da qəbul zamanı müsabiqədə iştirak edən abituriyentlərin taleyinə təsir etməyə bilməz.

Koordinat.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə dair avqustun 12-də açıqladığı statistikaya əsasasən,  bu il ixtisas seçimində 38763 abituriyent iştirak edib və onlardan yalnız 32196 nəfəri “tələbə” adını qazanıb. Yerləşdirmənin I mərhələsindən sonra6 min 555 plan yeri boş qalıb.

Tələbə qəbulu ilə bağlı ictimai rəydə geniş müzakirə mövzusuna çevrilmiş ikinci məsələ xüsusilə diqqətçəkəndir. Söhbət yerləşdirmə zamanı Azərbaycan və rus bölmələrinə münasibətdə ikili yanaşmadan gedir. Hətta buna görə TQDK-nı ali məktəblərdə qəbul zamanı Azərbaycan və rus bölmələrinə ikili standartlarla yanaşmaqda qınayanlar da var.

TQDK-nın tələbə qəbulunun birinci mərhələsinə dair elan etdiyi məlumatlardan da görünür ki, yerləşdirmə zamanı hansı ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələrin üzrə birgə aparılıbsa, orada bərabərlik prinsipləri müəyyən dərəcədə qorunub. Lakin müsabiqənin ayrı-ayrılıqda aparıldığı ixtisaslarda rus bölməsi abituriyentləri daha az balla qəbul olunub. Eyni ixtisaslara qəbul olmuş abituriyentlərin topladığı bal rus bölməsi abituriyentlərinin nəticələrindən yüksəkdir. Belə ki, Bakı Dövlət Universitetinin “Fizika müəllimliyi” ixtisasına qəbul olan abituriyentin (Azərbaycan bölməsi) topladığı bal 425 olduğu halda, rus bölməsində 202 bal toplayan abituriyent də həmin ixtisasa qəbul olunub. Yaxud “Riyaziyyat müəllimliyi” ixtisasına Azərbaycan bölməsinin abituriyenti 507 balla qəbul olunduğu halda, rus bölməsinin abituriyenti cəmi 202 balla “eyni hüquq” qazanıb.

Başqa misallar da var: Azərbaycan bölməsinin abituriyenti Bakı Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına 440 balla, rus bölməsinin abituriyenti ondan 2 dəfə az -200 balla, “Tarix müəllimliyi”nə Azərbaycan bölməsinin abituriyenti 546 balla, rus bölməsinin abituriyenti cəmi 288 balla qəbul olunub.

Oxşar qeyri-bərabərlik demək olar ki, bütün ixtisas qruplarında və əksər ali məktəblərə qəbulda özünü göstərir. Ən maraqlısı isə odur ki, rus bölməsinin abituriyentləri aşağı balla universitetlərə qəbul olunsa da, bu bölmədə boş qalan yerlərin sayı daha çoxdur.

Bəlli məsələdir ki, ali məktəblərə tələbə qəbulu üzrə ayrılan plan yerləri Nazirlər Kabineti tərəfindən müəyyən edilərək təsdiqlənir və icra üçün TQDK-ya təqdim olunur. Bu planın necə yerinə yetirilməsi isə təkcə abituriyentlərin bilik səviyyəsindən və onların topladığı ballardan deyil, həm də TQDK-nın müsabiqənin nəticələrinə əsaslanaraq ali məktəblərə yerləşdirməni necə aparmasından asılır. Bəli, məhz ABİTURİYENTİN İMTAHANDA ƏLDƏ ETDİYİ NƏTİCƏLƏRƏ əsaslanaraq. Burada Azərbaycan və rus bölməsinin abituriyentləri arasında hansısa fərqlərin olması isə bir qədər şübhə yaradır./koordinat.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button