Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil Nazirliyindən müəllimlərə ŞAD XƏBƏR

Ötən ilin sonlarında 12 şəhər və rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi aparıldı. Buna uyğun olaraq diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqlarında yanvar ayından artımlar olacağı qeyd edilirdi. Artıq Təhsil Nazirliyi bununla bağlı işlərə başlayıb.

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək haqları artırılacaq müəllimlərin təsdiqlənmiş adlı siyahısı bu günlərdə yerli rayon Təhsil şöbələrinə göndəriləcək

“Yanvar ayının sonunda həmin müəllimlərin əmək haqlarının dərs yükünə uyğun olaraq, artırılması planlaşdırılır. Artımın məbləği konkret olaraq, müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali, yoxsa orta ixtisas təhsilli olmasından, fəxri adının olub-olmamasından, sinif rəhbəri olub-olmamasından və digər bir necə meyardan asılı olacaq. Bunlardan asılı olaraq, əmək haqları 30-40 faiz artırılacaq. Əmək haqları daha çox, yəni 40 faiz artırılan pedaqoji stajı çox, fəxri adları olan müəllimlər olacaqlar”.

Məlumatda həmçinin bildirilib ki, müxtəlif səbəblərə görə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunacaq müəllimlərin diaqnostik qiymətləndirilməsi bu il ərzində baş tutacaq.

“Növbəti addım respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsidir”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button