Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edib.
“Qafqazinfo” xəbər verir ki, layihə təklifləri martın 2-dən 31-dək qəbul ediləcək. Hər iki kateqoriya üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər buradan qeydiyyatdan keçərək müvafiq sənədləri sistemə yükləməlidirlər. Layihə təkliflərinin məbləğləri “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.

Ətraflı məlumat üçün linkə daxil olun.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button