Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil Nazirliyi mətbuatı ittiham etdi

Təhsil Nazirliyi mətbuatı bu quruma qarşı qərəzli mövqe tutmaqda qınayıb. Nazirliyin bununla bağlı yaydığı açıqlamada deyilir ki, son günlər ölkənin bəzi mətbuat orqanlarında Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış məlumat və rəqəmlər açıqlanır ki, bu da dövlətin təhsil siyasətinin həyata keçirilməsinə mane olmağa, ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlib.

”“Zerkalo” qəzetində dərc olunan təhsillə bağlı əksər yazılarında qərəzlilik və qeyri-peşəkarlıq nümayiş etdirən jurnalist R.Rüstəmova, həmin qəzetin rəhbərliyinə Təhsil Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bu mətbu orqanda yanlış məlumatlar dərc olunur. Qəzetin 12 iyul 2012-ci il tarixli sayında “504 milyon manat hara gedib?” başlıqlı yazıda müxalifət qəzetlərinin “təhsil eksperti” kimi ad çıxarmış, yalançı müəllim, yalançı alim, təhsil sistemindən xəbəri belə olmayan, lakin bu sahə ilə bağlı istənilən məsələlərə “ekspertlik” edən Əlövsət Osmanlının həqiqəti əks etdirməyən fikirləri dərc edilib. “Təhsil eksperti” hesab edir ki, 11 il əvvəl birinci sinfə 133 min şagird qəbul olunubsa, bu rəqəm 11 ildən sonra da dəyişməz qalmalı, məktəbi həmin sayda şagird bitirməlidir. Belə çıxır ki, ilk peşə-ixtisas, orta ixtisas təhsili müəssisələrinə, xarici ölkələrə gedən on minlərlə şagird “ekspert”in yadından çıxır, bunların hər birini attestat ala bilməyən şagird kimi qiymətləndirir və 63 min şagirdin nə üçün attestat ala bilməməsi ilə maraqlanır. Dövlət büdcəsindən hər şagirdə ayrılan vəsait ildə 553 manat olduğu halda, “ekspert” bu məbləği təxminən 15 dəfə şişirdərək 8000 manat kimi hesablayır və bu rəqəmi 63 min şagirdin sayına vuraraq, 504 milyon manat vəsaitin “hara getdiyi” sualını verir. Təəssüf ki, qeyri-peşəkar jurnalist R.Rüstəmov da yalançı ekspertin bu gülünc rəqəmlərini qəzetdə dərc edir. Son olaraq, jurnalistlərə təhsillə bağlı yazan zaman diqqətli olmağı, qəzet rəhbərlərinə isə bu sahəyə peşəkar jurnalist və ekspertləri cəlb etməyi tövsiyə edirik”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button