Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil Nazirliyi daha bir layihəni təqdim etdi

1329335798_tqdk-nezaretci-muellimlerBu gün Təhsil Nazirliyinin və “Edumedia-Azərbaycan” təşkilatının birgə təşkilatçılığı ilə yeni bir layihə nümayiş etdirilib. Modern.az-ın məlumatına görə Bakıdakı 193 saylı tam orta məktəbdə fizika, kimya və biologiya fənləri üçün nəzərdə tutulan layihə çərçivəsində müəllim və şagirdlərə elmi təcrübələri sadə bir cihazın və proqram təminatının köməkliyi ilə əyani müşahidə etməyə imkan verən Labdisc cihazı nümayiş etdirilib.

Keçirilən açıq dərs zamanı 7-ci sinif şagirdləri bu cihaz vasitəsilə qüvvə, maqnit sahəsi, tənəffüs, CO2, gərginlik və ürək nəbzinin təcrübəsini aparıblar.

Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan” şirkətinin birgə əməkdaşlığlı ilə bu cihazlardan istifadəni təmin etmək üçün Globisens şirkətinin mütəxəsislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 gün müddətində təlim keçirilib. Təhsil Nazirliyinin göstərişlərinə əsasən ilk dəfə tətbiq edilən bu cihazların digər məktəblərə də paylanacağı nəzərdə tutulub.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button