Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil Nazirliyi: “Cəbhə bölgəsindəki məktəblərdə tədris prosesi pozulub”

Ermənistan ordusu cəbhə xəttinə yaxın ərazilərdəki təhsil müəssisələrini də atəşə tutur. Aprelin 27-dən 28-ə keçən gecə Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində bir sıra təhsil müəssisələrinə ciddi zərər dəyib.

Bu barədə Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib.

“Ümumilikdə, işğalçı Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində cəbhə xəttində yerləşən bölgələrin ümumi təhsil müəssisələrində tədris prosesi pozulub.Təhsil Nazirliyi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir”- deyə cavabda qeyd olunub.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button