Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil Nazirliyi 6 saxta diplomun xarici ölkələrdən qeyri-qanuni yollarla əldə edilməsi faktı aşkarlayıb

Tehsil_nazirliyi_141111Təhsil Nazirliyinə diplomların tanınması və nostrifikasiyası ilə əlaqədar 1623 müraciət daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya və Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib.

 

Təhsil sənədlərinin tanınması işi üzrə sektoru tərəfindən bir il ərzində təqdim edilmiş sənədlər arasında 119 qeyri-qanuni fakt aşkarlanıb və bu sənədlərin Azərbaycan Respublikası ərazisində tanınmaması haqqında qərar qəbul olunub.

 

Sektorun iş fəaliyyəti nəticəsində nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 6 saxta diplomun xarici ölkələrdən qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib.

Saxta diplomları verən ölkələr arasında Rusiya Federasiyası, ABŞ və İsveçrə də var.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button