Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edəcək

Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayon sakinlərinin nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov 11 dekabr 2017-ci il tarixində saat 10:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayon sakinlərini qəbul edəcək. Qəbulda Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 4-7 dekabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər./edu.gov.az

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group