Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil naziri müəllimlərin maaşından DANIŞDI

Mikayil_Cabbarov_201012a7nh“Müəllimlərin işə qəbulu ilə bağlı müraciətlərin sayı 45 faiz artıb”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, istənilən təhsil sisteminin gücü orada çalışan müəllimin gücündən artıq ola bilməz.
“Bütün nailiyyətlərin kökündə müəllim və insan faktoru durur. Keçən ildən müəllimlərin sınaq və diaqnostik qiymətləndirilməsinə start verilib. Bununla da müəllimlərin maddi rifahının əhəmiyyətli şəkildə yaxşılaşdırılmasını əsas hədəf kimi götürmüşük. Bu günə qədər 20 faiz müəllim diaqnostik qiymətləndirilmədən keçib və bu ilin yanvar ayından onlar artırılmış əmək haqqını alırlar. Eyni zamanda, bu ilin sonunda ölkənin ən iri 3 şəhər və 9 rayonunda növbəti qiymətləndirilmənin keçirilməsi üçün hazırlıq işləri başa çatır. Hər şey planlaşdırılan şəkildə olsa, gələn ilin yanvarından təxminən 40 faiz müəllim bu prosesdə iştirak edəcək”.

M. Cabbarov onu da qeyd edib ki, 2 il əvvəl müəllimlərin işə qəbulu ilə bağlı müraciətlərin sayı 17 min idisə, bu il 24 min nəfər olub.

“Bu da iki ilə 45 faiz artım deməkdir. Bundan başqa, regionlarda müəllimlik vakansiyaları şəffaf şəkildə tutulur. Gələcəkdə də bu istiqamətdə bişlərimiz davam edəcək”.

Müəllim nüfuzunun artırılması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərə toxunan M. Cabbarov bu baxımdan onlar;n peşəkarlıq səviyyəsinin yüksəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Sonda təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirili.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button