Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsil haqqından azad olunacaq rezidentlərin nəzərinə: Ödənişləri geri qaytarılır?

Ötən il rezidenturaya qəbul olunanların Səhiyyə Nazirliyi qarşısında ödənişsiz təhsil tələbi mövzunu xeyli aktuallaşdırıb. 2018-ci tədris ilində rezidenturaya qəbul olunanlar ödənişsiz əsaslara keçirilmələrini tələb ediblər.

Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin ödənişdən azad olunma ilə bağlı müraciəti isə onlarda müəyyən çaşqınlıq yaranıb. Əksər rezident hazırda təhsilhaqqını ödəməli olub olmadığını bilmir.

“Gözlənilir, amma rəsmi təsdiqlənməyib”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov bildirib ki, məlumat hələ dəqiq deyil:

“Sadəcə Səhiyyə, Təhsil və Maliyyə Nazirlikləri razılığa gələrək bu barədə Nazirlər Kabinetinə müraciət ünvanlayıblar. Çünki 2018-ci qəbul olunan rezidentlər müxtəlif instansiyalara müraciət ediblər. Onların ödənişdən azad olunması gözlənilir, amma rəsmi təsdiqlənməyib. Dəqiqləşməsi üçün Nazirlər Kabineti məlumatı təsdiqləməlidir. Biz də gözləyirik.

Məlumat yaxın vaxtlarda təsdiqlənməlidir. Çünki rezidentlərin maaş almaq     məsələsi də var. Maaş almaq üçün ya təhsilhaqqını ödəməlidirlər, ya da dövlət pul ayırmalıdır.

Məlumat təsdiqlənsə, 80-dən çox rezident ödənişdən azad oluna bilər”.

“Keçənilki ödənişlərin qaytarılmasından söhbət gedə bilməz”

Şöbə müdiri bildirib ki, Nazirlər Kabineti bu qərarı təsdiqləsə də, ötənilki  ödənilən təhsil haqqları qaytarılmayacaq:

“Çünki onları bu il boş qalan plan yerlərinin hesabına ödənişdən azad edə bilərlər. Bundan əlavə, indiki təhsilhaqqı ilə keçənilki fərqlidir. Keçən il dövlətin rezidentə ayıdığı büdcə 4000 manat idi. Bu il rezidentlərin maaşı artırıldı, yarılan xərc səhv etmirəmsə, 5600-ə yaxın oldu. Buna görə də, keçənilki ödənişlərin qaytarılmasından söhbət gedə bilməz”.

“Onlara gözləməyi məsləhət görürük”

-Bəs, 2018-ci ildə rezidenturaya qəbul olunanlar qərar təsdiqlənənədək təhsil haqqını ödəməlidirlər?

“Əslində indi ödəniş etməyin vaxtıdır, rezidentlər təhsilhaqqını ödəməlidirlər. Amma onlara gözləməyi məsləhət görürük. Ola bilər, ödənişdən azad olunsunlar və ödənişə ehtiyac qalmasın, sonradan qaytarılma problemi olmasın”.

Qeyd edək ki, ötən il rezidenturaya qəbul zamanı ödənişli plan yerləri ayrılmışdı. Bu il isə ödənişli əsaslarla qəbul yalnız Naxçıvan Dövlət Universitetinə verilsə də, bura heç bir namizəd qəbul olunmayıb.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button