Strasburq şəhəri Avropada ən çox azərbaycanlı tələbə sayına görə seçilən şəhərlərdəndir…

Telebe.Az-ın Fransanın Strasburq Universitetində Avropa hüququ və beynəlxalq hüquq ixtisasında master dərəcəsində təhsil alan Xətai Kərimli ilə müsahibəsiTelebe.Az-ın Fransanın Strasburq Universitetində Avropa hüququ və beynəlxalq hüquq ixtisasında master dərəcəsində təhsil alan Xətai Kərimli ilə müsahibəsiTelebe.Az-ın Fransanın Strasburq Universitetində Avropa hüququ və beynəlxalq hüquq ixtisasında master dərəcəsində təhsil alan Xətai Kərimli ilə müsahibəsi

– Fransada təhsil almazdan öncə Azərbaycanda hansı ali məktəbdə təhsil almısan və nə işlə məşğul olmusan?

– Fransadakı təhsil həyatıma başlamazdan əvvəl 2005-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili almışam. Bu müddət ərzində bir sıra müxtəlif treninq və seminarlarda iştirak etmişəm. Müəyyən vaxt dönəmində isə “Ekvita” hüquq firmasında çalışmışam.

– Fransada təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və hansı sənədlər tələb olunur?

– Fransada təhsil almaq üçün fransız universitetlərinin əsas tələbi hesab olunan vacib şərt TCF (test de connaissance du français) dil sertifikanı əldə etməkdir. Məlumat üçün onu da deyim ki, TCF imtahanı bir çoxumuzun yaxından bələd olduğu TOEFL imtahanının quruluşuna bənzəyir. Amma təbii ki, fərqli hissələri də var. TCF imtahanları Fransanın Bakıdakı səfirliyi tərəfindən ildə iki dəfə keçirilir, yanvar və mart aylarında. Fransada bakalavr təhsili almaq istəyənlərin imtahanı ilə Master təhsili almaq istəyənlərin imtahanı arasında müəyyən fərq var. Əsas fərqlərdən biri bakalavr təhsili almaq istəyənlər TCF DAP imtahanından keçirlər və bu da yalnız yanvar ayında keçirilir. Bakalavr təhsili almaq istəyənlər sənədlərini CCF-ə (centre culturel français-Fransa səfirliyinin mədəniyyət mərkəzi) təqdim edirlər. Maraqlananlar üçün onu da deyim ki, CCF Füzuli 67 ünvanında yerləşir. Mən özümsə Fransada Master təhsili aldığım üçün digər bütün tələbələr kimi TCF imtahanından keçib Fransa universitetləri ilə özüm internet vasitəsilə yazışıb tələb olunan sənədləri göndərməklə qəbul olmuşam.  Tələb olunan sənədlər əsasən eyni olur, TCF imtahanın nəticəsi, qiymət kitabçasının, orta təhsil haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamənin surəti, tərcüməsi, əsaslandırma məktubu, tövsiyyə məktubu və s.

– Oradakı azərbaycanlı tələbələrin sayı nə qədərdir? Onlar dərsdən əlavə hər hansı bir ictimai fəaliyyətlə məşgul olurlarmı?

Strasburq şəhəri Avropada ən çox azərbaycanlı tələbə sayına görə seçilən şəhərlərdəndir. Bura gələn tələbələrin sayı ilbəil artır. Mənim bildiyim qeyri-rəsmi məlumata görə Strasburqdakı tələbələrin sayı 80-100 arasında dəyişir. Bunun səbəblərindən biri də gələn tələbələrin bakalavr və ya magistr təhsili ilə kifayətlənməyib növbəti təhsil pillələrini də davam etdirmələridir.  Azərbaycanlı tələbələr burda aktivdirlər, onlar müxtəlif ictimai fəaliyyətlə məşğul olurlar. Onlar burda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkil etdiyi tədbirlərdə də iştirak edir və həmçinin Azərbaycan mədəniyyətini təqdim edirlər.

– Orada həm oxuyub, həm də işləmək imkanı varmı? Əgər varsa, hansı sahələrdə?

– Bəli, Fransada həm oxuyub, həm də işləmək imkanı var. Burdakı tələbələr müxtəlif sahələrdə, restoran, kafe, otel, mağaza və s. sahələrdə işləyirlər.

– Boş vaxtlarınızda nə ilə məşğul olursuz?

– Ümumiyyətlə, burda boş vaxtımın az olduğunu qeyd etməliyəm. Boş vaxtlarımda səyahət etməyə çalışıram. Bundan başqa burda boş vaxtları dəyərləndirməyə tələbələr üçün hər cür şərait var: rəqs dərnəkləri, bütün növlər üzrə idman dərsləri, müxtəlif party-lər və s.

– Əgər sirr deyilsə, bir günə nə qədər xərcin çıxır (yemək kitab və s)?

– Burda həyat baha deyil. Xüsusilə Strasburqda. Gündəlik xərc orta hesabla 10-15 avro çıxır deyərdim. Belə ki, yemək üçün aylıq 200-250 avro bəs edər. Yataqxana xərclərinə görə də Fransa bu baxımdan idealdır. Tələbə yataqxanalarının qiyməti təxminən150-avrodan başlayır.
– Fransada təhsil almaq istəyənlər yaxşı universiteti necə seçə bilər?

– Ümumiyyətlə, hansısa universitetin yaxşı və pis olduğunu da demək çətin olar. Çünki əslində söhbət universitetin hansı sahə üzrə daha çox ixtisaslaşdığından gedir. İlk növbədə tələbə Fransada hansı sahə üzrə təhsil alacağını dəqiqləşdirib sonra universitet axtarışına başlamalıdır. Paris universitetləri bir çox sahələr üzrə ən yaxşısı sayılır və qəbul olma şərtləri də yüksəkdir. Buna görə də yaxşı universitet deyəndə tələbənin tələblərinə cavab verən universitetdən söhbət gedir. Bura yuxarıda universitetin prestiji, universitetə qəbul şərtləri, yerləşdiyi şəhərdə həyatın bahalığı, gələcək üçün iş imkanları və s. aid ola bilər. Strasburq Universiteti sosial sahələr, hüquq, siyasi elmlər üçün keyfiyyətli təhsili ilə seçilir. Bundan başqa yaxşı deyə biləcəyimiz universitetlər təbii ki, Lyon, Bordo, Bezanson, kimi daha böyük şəhərlərdədir.  Amma onu da deyim ki, adətən bura gəlmək istəyən tələbələr artıq gəlməmişdən öncə universitetlər haqqında həm internetdən, həm də artıq Fransada olan azərbaycanlı tələbələrdən maraqlanırlar. Mənim universitet seçimimdə də həm də Fransadakı tələbələrin məsləhəti də özünü göstərib.

Rəşad Mehbalıyev

/Telebe.Az/

2 Comments

  1. ela saytdı,men xüsusilə burdan fransada oz hesabıma təhsil almaq istəyirəm və bu haqdaada melumat isterdim

  2. suleyman says:

    fransızlar bir az cığaldır.Amma təhsilləri əladır

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan