Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

SOCAR gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır…

SOCAR-ın qurumlarında gənc mütəxəssislər və tələbələr üçün Ödənişli istehsalat təcrübəsi proqramı üzrə ixtisasların siyahısı ilə aşağıda tanış ola bilərsiniz.

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır.

Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 AZN(vergilər daxil olmaqla), dəniz şəraitində istehsalat təcrübəsi keçən gənclərə 300 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulmuşdur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin kadr tələbatına uyğun olaraq müsahibə yolu ilə işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.

Təcrübəyə aşağıdakı ixtisaslar üzrə (Bakı Ali Neft Məktəbi istisna olmaqla) Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirməkdə olan tələbələr, həmçinin məzunlar müraciət edə bilərlər. (İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq, dəyişdirilə bilər)

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://careers.socar.az/internshiplist?fbclid=IwAR3Ydyq96BM-qYnU7-CflRbT6NYCdlozCVkNHQz9YWb8ymV0hrdXgbe0Bj4

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button