28.01.2012-ci il tarixində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanının nəticələri açıqlandı. Bu haqda Telebe.az-a Təhsil Nazirliyindən məlumat verilib.  İmtahanda 22 minə yaxın 11-ci sinif şagird 72 imtahan mərkəzində sınaqdan keçib. 11-ci siniflərdə sınaq imtahanları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri olub. Bu imtahanlarda şagirdlər 120 sualı cavablandırıblar.

İmtahanın nəticələrini buradan yoxlaya bilərsiniz