imtahan_sinaqTQDK tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz bayramından sonrakı ilk iş günlərində) aparılacaqdır.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.