Sidneydə beynəlxalq tələbələr üçün təqaüdlər

1393612080_scarlet-night_-sydney-opera-houseSidney Universiteti
Başa çatma vaxtı: 15yanvar/30iyun 2014

Bakalavr/Magistr dərəcəsi
Təhsil yeri: Sidney, Avstraliya

Növbəti kurs başlayır: 2014

Qısa təsvir:

Sidneyin uğurlu tələbələr üçün beynəlxalq təqaüdləri Avstraliyada, Sidney Universitetində təhsil almaq istəyən yeni beynəlxalq tələbələr üçün nəzərdə tutulur. Bu nüfuzlu təqaüdlər dünyanın ən yaxşı ali təhsil müəssisələrindən birində “Sidney təcrübəsi” dən faydalanmaq üçün yüksək nailiyyətli beynəlxalq tələbələri cəlb etməyi hədəfləyir.

Ev sahibi müəssisə:

Sidney Universiteti, Avstraliya

Tədqiqat sahəsi(ləri):

İstənilən bakalavr və magistr kurs işi proqramı Universitet tərəfindən təklif edilir.

Təqaüdlərin sayı:

Bu nüfuzlu təqaüdlərin 100-ə qədəri 2014-cü ildə yüksək nailiyyətli beynəlxalq tələbələrə veriləcək.

Hədəf kütlə:

Bu təqaüdlər istənilən ölkədən olan beynəlxalq tələbələr üçün nəzərdə tutulur.

Təqaüdə daxildir:

Bakalavr təqaüdləri: Hər bir təqaüd Sidney Universiteti tərəfindən təklif edilən istənilən bakalavr proqramı üçün maksimum 3 il ərzində illik 10.000 Avstraliya dolları (ümumi 30.000 Avstraliya dolları) dəyərindədir (təqaüd alanın hər il qənaətbəxş akademik irəliləyişini davam etdirməsinə müvafiq olaraq).

Magistr təqaüdləri: Hər bir təqaüd Sidney Universiteti tərəfindən təklif edilən istənilən magistr proqramı üçün illik 10.000 Avstraliya dolları (bir il yarım olan proqram üçün ümumi 15.000, iki il davam edən proqram üçün isə 20.000 dollar)dəyərindədir.

Yaşayış xərcləri təqaüdə daxil deyildir.

Uyğunluq:

Bakalavr təqaüdləri:

Namizədlər Avstraliyanın ali təhsilə qabul dərəcəsi olan 98 və ya onun əvəzləyicisini əldə etməklə bərabər Avstraliya sisteminə əsasən 12 illik təhsili və ya Universitet tərəfindən qəbul edilən beynəlxalq orta məktəb təhsilini tamamlamalıdırlar.

Ali təhsilə artıq başlamış və ya kredit güzəştləri ilə yerdəyişmə etmiş tələbələr müraciət edə bilməzlər.

Ətraflı məlumat üçün:  http://sydney.edu.au/future-students/international/undergraduate/entry-requirements/

Magistr təqaüdləri:

Namizədlər Avstraliya qiymətləndirmə sisteminə əsasən minimum yüksək fərqləndirmə göstəricisi ilə Avstraliya bakalavr proqramının əvəzləyicisini tamamlamalıdırlar. Artıq magistr təhsilinə başlamış və ya digər magistr proqamlarından yer dəyişmə ilə gəlmiş tələbələr müraciət edə bilməzlər.

Təqaüd təlimatları:

Yalnız qəbulla bağlı qeyd-şərtsiz təklif almış namizədlər nəzərə alınacaqlar. Təqaüd üçün ayrıca ərizə zəruri deyil. 2014-cü ildə Sidney Universitetinə qəbul üzrə ərizə eyni zamanda təqaüd üçün də keçərli olacaq. Seçim və uyğunluq meyarlarına cavab verən bütün namizədlər birbaşa nəzərə alınacaq.

Ərizələrin qəbulu və lazımi sənədlərin (akademik göstərici və ingilis dili bacarıqları göstəriciləri) toplanması üçün son gün 15 yanvar 2014 və 30 iyun 2014-dür. Vaxtından gec qəbul edilən ərizələrə baxılmayacaq.

Təqaüdə müraciətlə bağlı ətraflı məlumat əldə etmək üçün rəsmi internet saytını (aşağıda linki qeyd edilən) ziyarət etmək vacibdir.

İnternet saytı:

Rəsmi sayt: http://sydney.edu.au/scholarships/prospective/sydney-achievers.shtml   

http://www.scholars4dev.com/4910/sydney-achievers-international-undergraduate-and-postgraduate-scholarships/

 

Mənbə: allmag.az

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group