Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

“She, Changemaker” layihəsi başa çatdı

Bərdədə “She, Changemaker” layihəsinin yekun təlimi keçirilib.

Dekabrın 8-də Bərdə şəhərində qız uşaqlarının təhsil almasının əhəmiyyəti, gender bərabərliyi və erkən evliliyin fəsadları mövzularını əhatə edən “Savadlı QADIN, Savadlı Gələcək” təlimi keçirilib.

Layihə rəhbəri Ülviyyə Babayevanın verdiyi məlumata görə, “She, Changemaker” layihəsinin əsas məqsədi cəmiyyəti qadın hüquqları, erkən nigahların fəsadları və məişət zorakılığının aradan qaldırılmasına istiqamətlənən addımlar”la bağlı məlumatlandırmaqdır. Layihə çərçivəsində Bərdənin 5 ucqar kənd orta məktəblərində  (Xəsili, Xanərəb, Lənbəran, Məmmədli və Nazırlı məktəbləri) şagirdlər, müəllimlər və valideynlərlə görüşlər keçirilib. Görüşlərdə “Qız uşaqlarının təhsil almasının əhəmiyyəti” barədə söhbətlər aparılıb, müzakirələr edilib. Daha sonra, həmin məktəblərdən 3 nəfər olmaqla, qızlar seçilib və Bərdə şəhərində baş tutan “Savadlı QADIN, Savadlı Gələcək” təliminə cəlb olunub.

Təlimin yekununda iştirakçılar sertifikatlarla təmin edilib.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button