Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Sabah kolleclərə qəbul imtahanı keçiriləcək

treswTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək.

Qəbul qaydaları, qəbul haqqında elan, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək internet vasitəsilə aparılıb. Modern.az-ın məlumatına görə, imtahanda iştirak etmək üçün 14923 abituriyent ərizə təqdim edib. Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir. 14380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsil müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli şəxslərdir. 50 abituriyent xarici ölkə vətəndaşıdır.

Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür. Qəbul imtahanı mərkəzləşmiş qaydada Respublikanın 14 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00 -da başlanacaq. İmtahanda iştirak etmək üçün abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər. Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özü ilə gətirməlidirlər:  – Şəxsiyyəti təsdiq edən sənədin əslini:  – İmtahana buraxılış vərəqəsini;

İmtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunur.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün buraxılş imtahanından əlavə imtahan verməyəcəklər.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button