Sənəd qəbulu bu gün yekunlaşır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu fevralın 11-də başa çatır.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda magistraturaya qəbul imtahanında iştirak etmək üçün 11074 (Azərbaycan bölməsi – 10053; rus bölməsi – 1021) bakalavr ərizəsini təsdiqlədib.

Bakalavrların ərizələrinin qəbulu fevralın 1-dən başlayıb və internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavrlar günün sonunadək elektron ərizələrini dolduraraq təsdiq edə bilərlər.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button