Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Rusiyada təhsil almaq istəyənlər üçün qeydiyyat başlayıb

rusiya1Bu gündən etibarən Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu başlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat iyunun 10-dan 13-dək saat 10:00-dan 17:00-dək aparılır. İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının orta illik qiyməti) 4 və daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Rusiyada təhsil almaq üçün seçim iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Test imtahanı 2013-cü il iyunun 16-da keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” iyunun 15-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər.Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə – müsahibəyə buraxılacaqlar. Müsahibə isə iyunun 17-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Qəbul olunanların sənədlərini Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq. Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər. Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların siyahısı, plan yerləri və s. məlumatları TQDK-nın internet saytından (www.tqdk.gov.az) əldə etmək olar.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button