Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Rusiyada təhsil almaq istəyən tələbələrin nəzərinə!!!

Widescreen_Flag_of_Russia_021276_Avqust ayının 21-22-də Qafqaz Universitetində Rusiyanın Moskva şəhərində yerləşən üç dövlət universitetinin iştirakıyla həmin universitetlərə qəbul imtahanları keçiriləcək. Rusiyada təhsil üzrə ixtisaslaşmış Global Vision xaricdə təhsil şirkətinin nümayəndəsi Ramin Ağayev Telebe.az-ın suallarını cavablandırır..

İmtahanlarda neçə sual və hansı fənnlər olacaq?

İmtahanlar rus-dili və riyaziyyat fənlərindən olacaq. İmtahanlarda rus dilini orta və yaxşı səviyyədə bilən şəxslər iştirak edə bilərlər. Xüsusən bunu da vurğulamaq istərdim ki, imtahanlar çox çətin olmayacaq və imtahan zamanı və imtahandan sonra valideyinlərimiz Rusiya Dövlət Universitetlərinin nümayəndələri ilə görüşüb onlara öz suallarını verə bilərlər.

İmtahanlar hansı universitetlərə qəbul üçün həyata keçiriləcək?

İmtahanlarda Moskvanın üç Dövlət Universitetinə qəbul həyata keçiriləcək. Bunlar, “STANKİN” Moskva Dövlət Texnologiya Universiteti; Moskva Dövlət İnşaat Universiteti; Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti (МЭСИ).

Nəticələr nə zaman bəlli olacaq?

Müraciət edilən universitetə görə, nəticələr də  fərqli vaxtlarda bəlli olacaq. Məsələn, Moskva Dövlət  İqtisadiyyat, Statistika və İnformatika Universitetinin qəbul imtahanları kompyuter vasitəsi ilə onlayn keçiriləcək, nəticələr də 2 saat ərzində artıq bəlli olacaq. Digər iki Dövlət Univeristetinin nəticələri isə imtahandan iki gün sonra artıq bəlli olacaq.

Bundan əlavə, hər hansı başqa Rusiya universitetinə qəbul gedirmi? Şərtlər nədir?

Ümumiyyətlə, Rusiya Dövlət Universitetlərinə qəbul davam edir. Rusiya Dövlət Universitetlərinə qəbul üçün, sədəcə, ümumtəhsil haqqında attestatın olması kifayətdir. Onu da qeyd etmək istərdik ki, rus dilini kifayət qədər yaxşı bilməyən tələbələr və valideyinlər heç də ümidsizliyə qapılmasınlar. Hər dövlət universitetinin nəzdində xaricdən gələn tələbələr üçün bir illik hazırlıq kursları var. Həmin hazırlıq kurslarını bitirən tələbələr universitetin birinci kursunda təhsilini davam etdirmə imkanı əldə edir.

İmtahanla bağlı ətraflı məlumat üçün aşağıdakı nömrələrə zəng edə bilərsiniz.

Əlaqə telefonları:

(+994 12) 465 58 10/20

(+994 55) 231 40 10

Bakı şəh: Fətəli Xan Xoyski, 34

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button