Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün boş qalmış yerlərə qəbul imtahanı keçirilib

d2aeb3a4a7adce96dc6c6204dddb8b68Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə birlikdə Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün boş qalmış yerlərə qəbul imtahanı keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qəbul imtahanı keçmiş Moskva Dövlət Ticarət-İqtisadiyyat Universitetinin binasında təşkil olunub.

ÜAK-ın icraçı katibi İlqar Hacıyev bu il Rusiyada yaşayan 39 nəfər abituriyentin qəbul imtahanlarında iştirak etdiyini söyləyib: “Artıq 10 ildir ki, Rusiyada orta məktəbi bitirmiş Azərbaycan vətəndaşları Rusiya Təhsil Nazirliyinin Azərbaycan vətəndaşları üçün ayırdığı kvotaya əsasən yaşadıqları ölkənin ali məktəblərində pulsuz təhsil almaq şansından istifadə edirlər. İmtahanlar Rusiya Təhsil Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi və Ümumrusiya Azərbaycan Konqresi arasındakı razılaşmaya əsasən həyata keçirilir”.

ÜAK-n təhsil komitəsinin və Rusiyada keçirilən test imtahanları komissiyasının sədri Xumar Əliyeva bu il qəbulda həmişəkindən fərqli olaraq sərt seçim olduğunu bildirib: “Attestatında “3” qiyməti olan abituriyent bu imtahanlara buraxılmır. Builki imtahanlarda hətta Rusiya orta məktəblərini bitirən 4 medalçı soydaşımız da öz biliyini sınayır. Həmin abituriyentlərdən ikisi gümüş, ikisi isə qızıl medalla orta məktəbi bitiriblər”.

X. Əliyeva bu 10 il ərzində Rusiya ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının savad səviyyəsinin çox yüksəldiyini söyləyib: “Ümid edirik ki, bizim Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirdiyimiz bu iş Rusiyadakı Azərbaycan gənclərinin savadlanmasına xidmət edir”.   

Qeyd edək ki, ÜAK-ın keçirdiyi imtahanlar nəticəsində indiyədək Rusiya ali məktəblərini 74 nəfər soydaşımız bitirib. Hazırda isə diaspor təşkilatının keçirdiyi imtahanlarla Rusiya ali məktəblərinə daxil olmuş 200 nəfər Azərbaycan vətəndaşı təhsilini davam etdirir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button