Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Rumıniyada təhsil

Rumıniyanın ilk ali təhsil müəssisəsi olan Müqəddəs Sava Akademiyası 1694-ci ildə yaradılmışdır. 17-ci əsrin sonunda isə Buxarest universitetlərinin əjdadı sayılan Buxarest Akademiyası yaradılmışdır. Hazırki gündə universitet öz ətrafında 29 təhsil müəssisəsini birləşdirir. Ölkə Avropa Ali Təhsil sisteminin və Bolonya prosesinin iştirakçısıdır. Rumıniya universitetlərində 1998-ci ildən etibarən Avropa kredit sistemini ETCS (Avropa Transfer kredit sistemi) tətbiq edilir.
Ali təhsil müəssisələri

Rumıniya dövlət ali təhsil sektoru öz ətrafında filialları ilə birlikdə 29 ali təhsil müəssisəsini və habelə 20 ali məktəbi birləşdirir. Təhsil ocaqlarının 30%-dən çoxu Rumıniyanın paytaxtı Buxarestdə yerləşir. Bu ali təhsil müəssisələrində bütün rumın tələbələrin 50%-dən çoxu təhsil alır. Bunların arasında ən nüfuzlu universitet Buxarest universiteti (1864-cü ildə yaradılmışdır) və Buxarest Politexnik universitetidir (1818-ci ildə yaradılmışdır). Orta hesabla Buxarestdə aylıq yaşayış qiyməti 150-200 dollar arası (tələbə yataqxanası və ya 1otaqlı mənzil), qida 220 dollar, dərsliklərə xərclənən pul 150-500 dollara bərabərdir. İllik dil hazırlıq kursları 1,9 min dollara başa gəlir. Xarici tələbələr təhsil aldıqları müddət ərzində həftədə 15 saatdan çox olmayaraq və tətil müddətində isə tam iş günü işləmək hüquqları var. Qeyd edək ki, Rumıniyada həmçinin Amerika və digər Avropa ölkələrinin dəstəyi ilə yaradılmış ali təhsil olcaqları var. Onlardan biri də Rumıniya-Amerikan universitetidir. Həmin universitet haqda bu linkdən keçib məlumat ala bilərsiniz.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button