Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

QHT “Mənim PR-ım” adlı təlim keçirib

DSC_0194 (1)“Gənclərə Dayaq və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Mənim PR-ım” adlı təlim keçirilib.
Təlimdən öncə çıxış edən “Gənclərə Dayaq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Sabir Babazadə təşkilat və son illər görülən işlər haqqında qısa məlumat verib.
Daha sonra təlimçi Azər İsmayılov tərəfindən təqdimat, PR və Marketinqin, SMM-in fərdi tətbiqi, Taktikalar və s. mövzularda ətraflı məlumat verilib.
Təlimdə iştirak edən 100-dək gənc tədbirin sonunda sual-cavab bölməsində onları maraqlandıran suallara cavab tapıblar.
 Yekun nitqi ilə çıxış edən Birlik sədri S. Babazadə və Birliyin idarə heyətinin üzvləri Pərviz Əfəndizadə, Vasif Hüseynzadə təşkilatın gələcək planları haqqında məlumat verərək bu barədə onlara ünvanlanan sualları cavablandırıblar.
DSC_0199 (1)

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button