Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi Mingəçevir şəhərində “Ekoloqiya günü” keçirib

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti -GIZ-in həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi Mingəçevir şəhərində “Ekoloqiya günü”qeyd edib.

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi tərəfindən 25 noyabr tarixində Mingəçevir şəhərində Ekologiya Gününə həsr edimiş ağacəkmə aksiyası keçirilmişdir.

Mingəçevir şəhəri Məcburi köçkünlər işləri üzrə dövlət komitəsinin yerli nümayəndəliyi və Məcburi köçkünlər üçün salınmış Avtovağzal-2 qəsəbəsinin  Mənzil İstismar Sayəsi (MİS)  tərəfindən dəstəklənən ağacəkmə aksiyasına Avtovağzal-2 gəsəbəsindən 20 nəfərdən çox insan qoşulub. Aksiyada 130 ədəd akasiya və şam ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyirik.

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button