Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Qəbul imtahanlarında hansı YENİ İXTİSASLAR olacaq?

Xəbər verdiyimiz kimi, DİM ali məktəblərə qəbul imtahanlarına başlayır.
Lent.az bildirir ki, II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.
İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.
Bəs bu il tələbə qəbulunda yeni hansı ixtisaslar olacaq?
Bu barədə Lent.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2018-ci ildə Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb:
“Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, indi texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır.
Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa, ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək. Məsələn, Fizika və Kimya, Biologiya fakültələri var, gələcəkdə onlar Fizkimya, Biofizika ola bilərlər. Fənlərarası, sahələrarası oblastlar dirənmir, onlar inkişaf edir. Fizika dirənə bilər, amma Fiziki Kimya, Fiziki Biologiya dirənə bilməz. Hətta yeni Ekonom Fizika adlı sahə də yaranıb. Fizika hara Ekonomika hara, amma onlar birləşiblər”.
K.Əsədov bildirib ki, bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir:
“Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək. Bakalavriat səviyyəsi üzrə bəzi yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslar isə ləğv olunub. 15 yanvarda DİM-in çap etdiyi abituriyent 1 jurnalında 174 balakavr pilləsi üzrə ixtisas olsa da, bu gün Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda 140 ixtisas var ( əlavə 8 ixtisas da Xüsusi təyinatlı ixtisaslardır).
Əlavə edilən, yeni yaradılan bəzi ixtisaslar (bu ixtisasların bəziləri kolleclərdə var idi, indi bakalavr pilləsində də yaradılıb):
I qrup:
1. Biotexnologiya,
2. Aerokosmik mühəndislik,
3. Aviasiya təhlükəsizliyi mühəndisliyi,
4. Elektrik və elektronika mühəndisliyi,
5. Energetika mühəndisliyi,
6. Hava nəqliyyatının hərəkətinin təşkili,
7. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi,
8. Kommunikasiya sistemləri mühəndisliyi,
9. Mədən mühəndisliyi,
10. Meliorasiya mühəndisliyi,
11. Mexatronika və robototexnika mühəndisliyi,
12. Mühəndis fizikası,
13. Radiotexnika və telekommunikasiya mühəndisliyi,
14. Yerquruluşu və daşınmaz əmlakın kadastrı,
15. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə).
II qrup:
1. Beynəlxalq ticarət və logistika,
2. Turizm bələdçiliyi,
3. Mühasibat (uçotu və audit çıxarılıb),
4. Turizm işinin təşkili.
III qrup:
1. Kitabxanaçılıq və informasiya fəaliyyəti (əlavə fəaliyyəti olunub).
IV qrup:
1. Baytarlıq təbabəti,
2. Zoomühəndislik,
3. Fizioterapiya və tibbi reabilitasiya,
4. Tibb bacısı işi,
5. Hərbi tibb,
6. Tibb,
7. İctimai səhiyyə.
V qrup:
1. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə),
2. Vokal sənəti (sahələr üzrə).

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button