Qəbul imtahanında iştirak üçün ödəniləcək məbləğ müəyyənləşib

M.Abbaszadə deyir ki, Dövlət İmtahan Mərkəzi Azərbaycanda keçiriləcək imtahanlarda iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirib: “Lakin Nazirlər Kabineti bizim fəaliyyətimizə aid olan xidmətləri müvafiq sənədə daxil etməyib. Bizim xidmətlər müvafiq sənədə daxil olmalıdır ki, Tarif Şurasına müraciət edə bilək. Həmin xidmətlər dövlət tərəfindən tənzimlənir”.

M. Abbaszadə bildirib ki, onlar xidmətlərin neçəyə başa gəlməsi, verilən büdcə pulunun necə istifadə olunmasını müəyyənləşdiriblər: “Bilirik ki, hər bir iştirakçı üçün imtahan neçəyə başa gəlir. Amma Tarif Şurasına müraciət edəndə hansısa dəyişikliklər ola bilər. Onu da nəzərə almaq lazımdır ki, biz indi müəyyən vergi ödəyicisiyik və bu, qiymətlərdə nəzərə alınacaq. Yanvarın 1-dən bizə 1 milyon manat dəyərində nizamnamə fondu ayrılıb. Amma bu da yalnız bir fonddur. Biz yalnız pullu xidmət göstərib, hansısa gəlir əldə edib, işçilərə maaş verə bilərik”.
Sədr deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi prosesi tam başa çatıb.

M.Abbaszadə bildirib ki, mərkəz artıq dövlət qeydiyyatına alınıb.

Hazırda DQMK və TQDK-nın ləğvetmə komissiyaları maddi-texniki baza ilə əlaqədar iş aparır: “Artıq hər iki quruma həvalə olunan işlər mərkəz tərəfindən birgə həyata keçirilir. Ləğv olma və birləşmə prosesi gedən zaman da biz hər iki quruma həvalə olunan işləri davam etdirirdik, bu işlər paralel aparılırdı”./tehsi.im

 

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group