Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Polşada təhsil imkanı

YUNESKO ilə Polşanın YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən Karlov Universitetində İqtisadi sosiologiya və iqtisadiyyat üzrə 6 aylıq təqaüd proqramı elan edilir.

Azərbaycandan olan namizəd təqaüd proqramına qəbul olunduğu təqdirdə “Qloballaşan dünyada yeni texnologiyalar və sosial-iqtisadi həyat arasında qarşılıqlı əlaqələr” mövzusunda tədqiqat layihəsini həyata keçirmək imkanı əldə edəcəkdir.

Proqramda maksimum 45 yaşı olan, humanitar və sosial sahələr və ya iqtisadiyyat üzrə magistr dərəcəsinə malik ingilis dilini yüksək səviyyədə bilən namizədlər iştirak edə bilər. Tələb olunan sənədlər:

– YUNESKO-nun ərizə forması (buradan yüklэ);
– 4×6 ölçüdə iki ədəd fotoşəkil;
– Bakalavr və magistr diplomlarının notarial qaydada təsdiq edilmiş sürətləri;
– YUNESKO-nun dil biliklərini təsdiq edən sertifikatı

Ətraflı məlumatları nazirliyin Beynəlxalq əlaqələr şöbəsindən (Könül Məhərrəmova – tel: 496 33 11-248) əldə edə bilərsiniz. Müraciət etmək üçün müvafiq sənədlər cari ilin 3 may tarixinə qədər Təhsil Nazirliyinə təqdim olunmalıdır.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button