Polşada təhsil imkanı

Varşava Universiteti tərəfindən 2012-2013-cü tədris ilində Polşanın ali təhsil müəssisələrində hüquq, siyasi elmlər və ən yeni tarix kimi sahələr üzrə individual elmi staj üçün Kriştov Skubışevski adına təqaüd elan edilmişdir.

Proqramda iştirak edəcək namizədlər:

• namizədlik dissertasiyasını müdafiə etmiş və ya elmi fəaliyyət sahəsində geniş təcrübəyə malik olmalı;
• ingilis dilini bilməli;
• yaşı maksimum 40 olmalıdır.

Polyak dili biliklərinə malik olan namizədlərə üstünlük veriləcəkdir. Bununla belə, polyak dilini bilməyən namizədlərə dil hazırlığı kursları keçiləcəkdir. Proqram haqqında ətraflı məlumatlarıhttp://www.studium.uw.edu.pl/ internet ünvanından əldə etmək mümkündür.

Proqramda iştirak edəcək namizədlər müvafiq sənədlərini cari ilin 10 aprel tarixinə qədər təşkilatçılara göndərməlidirlər.

 

Daha çox göstər

Oxşar xəbərlər