Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Poçt markaları üzərində çap olunan rəsm: – Romantik muğam rəsmi

Chingiz Mehbaliyev ve Romantik mugam     Rəssam Çingiz Mehbaliyev çəkdiyi “Romantik muğam” rəsmində əks etdirdiyi mənaları mətbuata açıqlamışdır.

Rəsmdə əriyib bir-birinə qarışan 3 musiqi aləti: – tar, qaval və kamança təsvir olunmuşdur. Tar qavalın üstünə aşmış, kamança isə qavalın dərisinə söykənmişdir.  Qaval əriyib xalçanın üstünə axır. Kamançanın üzərində şam yanır, digər tərəfdə isə uçuşan pərvanə təsvir olunmuşdur.

Rəssam Mehbaliyev rəsmin ideyasının necə yaranması barədə danışarkən: – muğamı dinləyən qoca bir kişini müşahidə edən zaman bu ideya ağlıma gəldi və dərhal onun eskizini çəkdim, – dedi.

Həmin qoca kişi muğamı dinləyərkən gözlərini yumub xəyallara dalmışdı. Onun öz gəncliyini xatırladığını açıq-aşkar hiss etdim. O, xatırladıqca xumarlanırdı… Qoca başını çiyninə qoyub gözlərini yummuşdu. Muğam onu çox uzaqlara aparmışdı.. – romantik gəncliyinə… – rəssam davam etdi. Bu zaman mənzərəyə sürrealist nəzər saldım. Həmin kişi mənim gözümdə eşqdən əyirib gedən romantik muğam kimi göründü.

Rəsmdə təsvir olunan milli musiqi alətləri sanki, baş-başa verib bir-birinə sığınmış kimi görünür. Kamançanın üzərində yanan şam və əks tərəfdə uçuşan pərvanə isə eşq rəmzidir. Amma onlar bir-birilərindən ayrı düşüblər. Qoca kişinin öz gəncliyindən və sevgilisindən ayrı düşdüyü kimi…

Rəsmdəki  əriyən muğam alətləri muğam dinləyən, nostalji və romantik hisslər yaşayan yaşlı nəsli özündə əks etdirir… sanki, muğam özü də əriyir və dinləyicilərin ruhuna axır.

“Romantik muğam” rəsmi ilk dəfə olaraq 2013-cü ildə rəssam Çingiz Mehbaliyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilən fərdi rəsm sərgisində nümayiş etdirilmişdir. Sərgidən sonra isə “Romantik muğam” rəsmi Macarıstan Poçt İdarəsi tərəfindən həmin ölkənin poçt markalarının üzərində çap olunmuşdur.

Chingiz Mehbaliyev resm uzerinde ishleyerkenChingiz Mehbaliyev ve Romantik mugamRomantik mugam resmiRomantik mugam resmi markalarin uzerinde (1)romantik mugam - 1 eded markaromantik mugam - 4 eded marka

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button