Oxumaq istəyənə Parisdə nə yer problemi var, nə də kitab!..

Tələbə.az saytı Fransanın Paris 2 Panthéon-Assas Universitetində magistr dərəcəsində vergilər və birja ixtisası üzrə təhsil alan Orxan Əhmədovla müsahibəni təqdim edir.

– Fransada təhsil almazdan öncə Azərbaycanda hansı ali məktəbdə təhsil almısan və nə işlə məşğul olmusan?

– Orta məktəbin son ilindən, 15 yaşımda, TCS dövlət proqramıyla Türkiyənin Ankara Universitetində Italyan dili və ədəbiyyati fakültəsinə daxil oldum. Ondan əvvəl, Bakıda orta məktəbin son illərində bir neçə riyaziyyat olimpiadalarinda iştirak etmişəm. İki il Ankarada təhsil alıb həm də italyan dilini kifayət qədər öyrəndikdən sonra, Sorbonun 1 illik fransiz dili kurslarına yazılaraq Parisə gəlmişəm.

– Fransada təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və hansı sənədlər tələb olunur?

– Mən Fransaya heç bir proqrama daxil olmadan öz hesabıma gəlmişəm. I kursdan hüquq fakültəsinə daxil olub, master dərəcəsini fərqlənməylə bitirmişəm. Bir neçə praktikadan sonra, hüquq ixtisasımı tamamlayacaq “Grande Ecole”a daxil olmuşam.

Fransada iki cür ali təhsil müəssisələri var: Universitetlər (université) və “Grande Ecole”lar (école de commerce, école d’ingéniəur vs.). Hər ikisi də bakalavr, master və doktorluq dərəcəsi verə bilir. Maraqlısı budur ki, zənnimcə xarici tələbələrə fransız ali təhsil müəssisılərinə daxil olmaq şərtləri fransızların özləri üçün olan şərtlərdən qat-qat asandır!

Fransız sisteminin detallarına girməsək, xarici tələbərə əsas şərtlər belədir: Universitetlər tələbələri “dosya” üzrə, Grande Ecole’lar isə həm “dosya”, həm əlavə bir və ya bir neçə konkurs və müsahibələr üzrə qəbul edir. Fransada Universitetə daxil olmaq üçün əlavə konkurs yoxdur. Xarici tələbələr sadəcə hər hansı bir ölkədə ali təhsil müəssəsinə daxil olduqlarını sübut edən bir sənəd təqdim etməlidirlər (misal üçün, şəxsən mən TCS imtahanımın nəticələrini göstərdim; TQDK’nın imtahan nəticələrinin təsdiq olmuş tərcüməsi də keçir). Bundan əlavə, əgər təhsil fransiz dilindədirsə, mütləq təhsil müəssisəsinin qəbul edəcəyi fransız dili imtahanlarindan birini uğurla vermək lazımdır (ingilis dilində təhsil yalnız bəzi Grande Ecole’larda mümkündür).

Fransada mərkəzləşdirilmiş tələbə qəbul sistemi olmadığından, hər ali təhsil müəssisəsi (istər Universitet, istər Grande Ecole), öz qəbul şərtləri əsasında, hər tələbə üçün tək-tək özü qərar verir. Ona görə, istədiyiniz ali təhsil müəssisəsinə yalnız həmin universitet/grande école’un öz internet saytından başvura bilərsiniz; hamısının çox detallı internet saytları var. Universitetlərin saytı əsasən yalnız fransızca olur, grande école’larinki isə həm fransız, həm ingilis dilində olur. Qəbul tarixləri hər müəssisəyə görə dəyişdiyinə görə, diqqətli olmaq lazımdır (universitetlərə qəbul yanvar-mart aylarında olur, ecole’larinki fərqlidir).

– Oradakı azərbaycanlı tələbələrin sayı nə qədərdir? Onlar dərsdən əlavə hər hansı bir ictimai fəaliyyətlə məşğul olurlarmı?

– Dəqiq sayını diyə bilmərəm, amma Parisdə 20-yə yaxın tələbəni şəxsən tanıyıram. Böyük ehtimal ki, başqa tələbələr də var. Parisdəki tələbələr “Azərbaycan-Fransız Gənclik Təşkilatı”nın (AFAJ) fəaliyyətində iştirak edir, tədbirlərini hazırlayıb aparırlar. Tədbirlərimiz əsasən milli bayramları əhatə edir. Azərbaycan mədəniyyəti və ya təbiətinin zənginliklərini əks ətdirən sərgilər də hazırlayırıq. Bundan əlavə, ara-sıra həmvətənlərimizlə görüşüb birlikdə xoş vaxt keçiririk.

– Oradahəm oxuyub, həm də işləmək imkanı varmı? Əgər varsa, hansı sahələrdə bu mümkündür?

– Elə bir imkan var. Amma yeni gəlmiş tələbələr üçün bu utopik bir haldır, çünki təhsil çox yüksək səviyyədədir və Fransaya yeni gəlmiş tələbə, yarım-ştat da işləsə, gərək o halda oxumaqdan başqa heçnə etməsin. Amma texniki olaraq bu mümkündür.

Qanunla, Avropa Birliyi ölkələrinin vətəndaşı olmayan xarici tələbələr xüsusi “işləmək üçün icazə” əldə etməlidirlər (“autorisation de travail”). Həmin icazə çox asan verilir. Pasport və tələbə vizasının vaxtı keçməyibsə və yazılı hər hansı bir işə götürmə təklifi varsa, həmin icazə, demək olar ki, avtomatik olaraq verilir. Xarici tələbələr illik qanuni işləmə zamanının yarısını işləyə bilərlər. Yəni, həftəlik qanuni 35 saatın yarısının illik ekvivalentini keçməmək şərti ilə (və yaxud, il boyu maksimum 6 ay tam ştat). Tam ştat minimum aylıq əmək haqqı, avtomatik çıxılan sosial vergidən sonra, 1055 avrodur.

Prinsipcə, hər sahədə işləmək mümkündür. Amma istədiyin sahədə iş tapmaq başqa məsələdir. Tanışlarım arasında, təhsillərinin ilk illərində işləmiş olanlar əsasən restoran və ya otellərdə işləyiblər, bu da təhsil vaxtı kifayət qədər ağır işdir.

Zamanla iş, xüsusi ilə praktika, imkanları çoxalır. Fransada tələbələrin ildə bir neçə aylıq praktika keçməsi çox yayılmış bir haldır. Tələbənin təcrübəsindən, sektordan və şirkətdən asılı olaraq, məvacibsiz praktikadan ayda 2000 vəya 3000-3500 avro məvacib vərən praktikalara qədər var (misal üçün, master səviyyəsində, biznes, maliyyə və ya birja hüququnda ixtisaslaşmış amerikan/ingilis hüquq firmaları, maliyyə sektorunda, “project finance”, “M&A”, trading sahələrində Parisdə olan böyük investisiya bankları və s.). Yuxarı səviyyəli praktikalara qəbul ola bilmək üçün, Fransada güclü sayılan ali təhsil müəssələrinin birində uğurla, fərqlənmə ilə oxumaq məsləhətdir (“mention”). Ondan sonra, öz ixtisasını yaxşı bilib, üstəlik əlavə 1-2 xarici dil də bilənə (ingilis, rus, türk, vs.) həmişə tələbat olur!

– Boş vaxtlarınızda nə ilə məşğul olursuz?

– İlk illərdə Paris və ətrafındakı bütün mədəni və tarixi guşələri bir neçə dəfə gəzib, haqqında məlumatlanırdım. Digər tərəfdən, magistraturadan əvvəl 1 il boyunca Assas Universitetinin “aviron” komandasında oldum (avar çəkmə). Ümumiyyətlə, ali təhsil müəssisələrində istənilən idman növü ilə məşğul olmağa şərait var. Son zamanlar isə öz işlərimi səhmana saldıqdan sonra, demək olar ki, boş vaxtlarımın çox hissəsi dostlarım və ya qrup yoldaşlarımla görüşməklə keçirirəm. Vaxt olsa, Parisdə məşğuliyyət çoxdur. Nə də olsa, Paris dünyanın mədəniyyət mərkəzlərindən biridir! Tətil, imtahanlar və praktika imkan verdikdə, dostlarımla Fransanın dəyişik guşələrində olmuşam, hərdən də bəzi yaxın Avropa paytaxtlarina səyahət etmişəm (1-2 ay öncədən alındıqda, internetdə çox ucuz təyyarə biletləri əldə etmək olur). Bundan əlavə, Fransız və Dünya iqtisadi-maliyyə və geopolitik xəbərlərini oxumağa hər gün vaxt ayırıram və həftədə 1 dəfə də Essec’lə Paris kənarında golf oynayıram.

– Əgər sirr deyilsə, bir günə nə qədər xərcin çıxır (yemək, kitab və s)?

– Sirr olmayan hissəsindən başlasaq, statistikalara görə Paris dünyanın ən bahalı şəhərlərindəndir.Ancaq bu statistikanın arxasında nələr dayandığını çoxları bilmir…

Mən çox təəccüblə öyrəndim ki, bir müddət burada yaşayıb, öyrəndikdən sonra, gündəlik yemək xərcləri hər mənasında Bakıdakından heç də çox çıxmır!

Kitablara gəldikdə, ixtisasdan asılı olaraq kitabların orta qiyməti dəyişir. Hüquqda ilk illərdə orta qiymət 35 avro olur (hüquqda ixtisas kitablarından əlavə, həmin ixtisasın məcəlləsini də nəzərə almaq lazımdır və onlar daha bahadır: 50 avro-dək). Iqtisadiyyat-maliyyə həmçinin, 30-40 avro arasında dəyişə bilər. Lakin xüsusi “işlənmiş kitablar” satan dükanlar var, istədiyiniz kitabın 1 dəfə işlənmişini və yaxşı saxlanılmışını təxmini yarı qiymətə almaq mümkündür. Bu mənada Paris çox yaxşıdır, çünki əsas universitet və ecole’ların çox zəngin kitabxanaları var və istədiyiniz kitabı ordan əldə etmək mümkündür. Bundan əlavə, tələbələr üçün bəzi çox qədim və zəngin ümumi kitabxanalar da var. Qısası, oxumaq istəyənə Parisdə nə yer problemi var, nə də kitab!

Fərqli olan nədir? Tələbə büdcətinin ən ağır postu kirayə haqqıdır. Parisdə ev bahadır. Bakıya nisbətdə, çox bahadır. Parisdə kiçik 1 otağa kirayə haqqı 500-550 avrodan başlayır. Digər xərclərə gəlsək, fransızlarla hər dəfə nəsə etmək təbii ki, xərcdir – bunlarda Bakıda adət şəklini almış “görüşək, fırlanaq, qayıdaq” prinsipi yoxdur.

Transporta gəldikdə, bilet tək-tək alınsa, çox bahadir (Paris daxili 1 gediş-haqqı: 1,60 avro) ancaq aylıq və illik limitsiz metro-avtobus kartları olur, çox sərfəlidir (1 ayliq təxmini 50 avro, tələbələrə 1 illik təxmini 300 avro).

– Fransada təhsil almaq istəyənlər yaxşı universitetinecə seçə bilər?

– Ən yaxşi variant, Fransada bir müddət təhsil alanlardan soruşmaqdır! Fransada bəzi həddindən artıq güclü ali təhsil müəssisələrinin olmasına baxmayaraq, xaricilər üçün burada ali təhsil müəssisəsini seçməkdə ən böyük probləm odur ki, burdakı universitetlər xaricdə nəinki az, dəmək olar ki, heç rəklam edilmir. Bəzi təhsil müəssisələri burada açıq aşkar “sabahin elitası”nı formalaşdırır və fransız ictimaiyyəti də bunu bilir və etiraf edir. Misal üçün, bütün fransızlar bilir ki, bu gün Paris birjasının simvolu olan CAC40 index’inin şirkətlərinin başçıları hamisi müəyyən mühəndis “grande école”larının keçmiş tələbələridir; hami bilir ki, nazirlik və dövlət qurumlarının yüksək səviyyəli postlarının hamısı bəzi ali təhsil müəssisələrinin məzunlarıdır (bu cəhətdən, hazirki prezident Nikolya Sarkozi, ixtisasca “sadəcə” bir vəkil olması, buna ilk istisnadır) və yaxud, birjadakı həmin şirkətlərin və ya böyük bankların bəzi postlarında bəzi “business school”ların məzunlarının qəbul olma şansı digərlərinkindən qat-qat üstündür. Bu cəhətdən, Fransa qapalı və konservator bir ölkədir. Ona görə də, bəzi həmin müəssisələrin Fransa daxilində olan nəhəng gücləri xarici sıralamalarda demək olar ki, heç nəzərə alınmadığına görə, xaricdən gələn tələbə çox asan həmin ixtisas üzrə Fransadakı ən yaxşı təhsil müəssisəsinə gəlmiş olduğunu düşünüb, elə gəlib, elə də qayida bilər, amma ondan sonra Fransada və ya ətraf ölkələrdə iş axtarmaq istəsə, böyük çətinliklərlə qarşılaşıb xəyal qırıqlığına uğraya bilər.

Məsələ haqqında bir fikir yaratmaq üçün çox sadə və nəinki Bakıdan, bütün dünyadan gələn tələbələrin burada qarşılaşdığı bir reallığı misal gətirə bilərəm. Sorbon Universitetini bütün dünya tanıyır. Bəzi ölkələrdə, “harda oxuyursan?” sualına “Sorbon” cavabını vermək öz ixtisasına görə, Oxford, Cambridge, Harvard və ya MIT demək kimi bir şey çıxır… Amma Fransada bu, reallıqdan xeyli uzaqdır. İlk olaraq, “Sorbon” adında burada iki Universitet var: “Paris 1” və “Paris 4” (Paris Universitetlərinin adlarından əlavə, nömrələri də var). Bunlarda ixtisas seçimi doğrudan da, çoxdur. Amma həmin Universitetin sadəcə bəzi ixtisasları Fransada həmin ixtisas üzrə reputasiyasıyla ilk yerləri tutur. Şəxsən mən özum, bir il fransiz dili öyrəndikdən sonra, universitetin hüquq fakültəsinin I kursuna yazılmamışdan əvvəl, burada bir il ərzində tanıdığımm bütün tanışlarımı sorğuladım. Bakıdan və digər yerlərdən hami səs birliyiylə “Paris 1 Panthéon-Sorbonne” dedikləri kimi, bütün fransızlar və burada işləyənlər biznes-maliyyə-vergilər hüququ ixtisasında eyni səsbirliyi ilə “Paris 2 Panthéon-Assas” dedilər. Sənədlərim hər ikisinə də qəbul olunduqdan sonra, Assas’i seçdim və bir neçə il sonra şirkətlər və birja/maliyyə hüququ ixtisasında Parisdəki ən böyük amerikan/ingilis hüquq kontoralarına praktika üçün müraciət etdiyimdə, o vaxt sorğumu edib Assas’i seçdiyimə çox sevindim. Istəyən girib hər hansı bir nüfuzlu kabinetdəki vəkillərin təhsilinə baxanda, hətta bəzi “law firm”lərdə sirf Assas məzunlarının olması faktı ilə qarşilaşacaq… (Təbii ki, mən bu misali sadəcə biznes-vergilər-maliyyə hüququ ixtisasları üçün verdim və bu sadəcə bəzi “law firm”lər üçündür; Paris 1 Panthéon-Sorbonnə Universiteti Fransanın ən güclü hüquq universitetlərinin başında gəlir və bəzi hüquq ixtisaslarında Fransada 1ci yeri tutur, amma təbii ki, hamısında yox). Eyni misal maliyyə ixtisaslarına da aiddir, hər növ mühəndisliyə də, biznes və idarə etməyə də… Təhsil müəssisənizi seçərkən, Google’da çıxan ilk müəssisəni seçməmişdən əvvəl daha dərin bir tədqiqat aparın. Gəldikdən sonra isə, öz ali təhsil müəssisənizdə dünya görüşünüz və təhsil nəticələrinizlə, özünüzlə birgə, Vətənimizin və millətimizin adını həmişə yüksək tutmağa çalışın! Yekun olaraq bunu diyərdim ki, Fransada bəzi çox guclu təhsil ocaqları var. Həmçinin, bəzi təhsil müəssisələrinin bəzi ixtisaslar üzrə Fransa daxili çox güclü “network”ləri var və sabah onlar Fransanı idarə edənlər arasında olacaq. O “network”lərdə azərbaycanlı tələbələr, hayıf ki, hələlik barmaqla sayilacaq qədər az və ya yox səviyyəsindədir…

Dövlətimizin gənclərə göstərdiyi qayğı nəticəsində sizə verdiyi bu təhsil şansını, özünüzə olduğu kimi, Vətənimiz üçün də yaxşı dəyərləndirin!

Rəşad Mehbalıyev

5 Comments

  1. nicat says:

    Salam. Men hal hazirda 11ci sinifde oxuyuram. Tehsilimi Fransada bakalavr pillesi uzre davam etdirmek isteyirem. Bunun uchun hansi imtahanlardan kechmeliyem ve hansi neticeni elde etmeliyem ? Teshekkur edirem evvelceden. Nicat

  2. Orxan says:

    Salam,

    Bildiyim qederiyle Sorbonda memarliq yoxdur. Umumiyyetle varsa da Sorbon memarligiyla taninmir. (www.univ-paris1.fr)

    Basqa universitet veya Grande Ecole’larda var. Lakin her ikisine de daxil olmaq ucun ilk novbede fransiz dili oyrenmek lazimdir.

    Ondan sonra, Grande Ecole’a isteseniz, konkurs kecmek lazimdir.

    O.

  3. Tofiq says:

    Salam.
    Sorbon universitetinin memarliq fakultesi varmi? orda tehsil almaqin ili necheye basha gelir? ve men mektebi bitirib ora nece daxil ola bilerem?

  4. Orxan says:

    Salam,

    Sorbonun dil kurslarina burdan yazila bilersiniz:
    http://www.ccfs-sorbonne.fr/

    Bu, movcud olan yegane dil kursu deyil. Internetde axtarib ozunuze qiymeti ve proqrami en uygun olani sece bilersiniz.

    Hormetle,

    Orxan,
    Paris

  5. reyhan says:

    Sorbonun 1 illik fransiz dili kurslarına yazılmaq uchu nhara muraciet edim, xahish edirem komeklik edesiniz?

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan