Ağdaş Rayon Ovculu kənd ümumi orta məktəbində tədbir keçirildi

Ağdaş Rayon Ovculu kənd ümumi orta məktəbində 20.12. 2018-ci il tarixində “Unutsaq Unudularıq” mövzusunda tədbir keçirilib. Məktəbin direktoru Zəkərriyyəyev Vaqif və məktəbin ədəbiyyat müəlliməsi Cəfərova Ləmanın təşkilatçılığı ilə mükəmməl səviyyədə  tədbir həyata keçirildi. Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbinin direktoru Zəkəriyyəyev Vaqif tədbiri Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan etdi. Direktor öz çıxışında tədbirin vacib tərəflərindən ətraflı danışdı və sonra sözü məktəbin şagirdlərinə verdi. Şagirdlər tədbirdə vətənpərvərliklə bağlı şerlər dedilər, kiçik kompozisiyalar nümayiş etdirdilər. 

Daha çox göstər

Oxşar xəbərlər