Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Orta məktəblərində xarici dillərin tədrisinin əhatə dairəsi genişləndirilib

1370932264_tehsil_nazirliyi_141111Təhsil naziri “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” və “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrlər imzalayıb.

APA Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən “İngilis dilinin intensiv tədrisi” layihəsinin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınıb.

Təhsil Nazirliyi və “British Council”un birgə layihəsinin Bakı şəhərinin seçilmiş pilot məktəblərinin I-IV və V-X siniflərdə davam etdirilməsi və Bakı şəhər 116 nömrəli tam orta məktəbin I siniflərində tətbiqinə başlanılması da əmrdə nəzərdə tutulub.

Dərs ili ərzində 520 nəfər ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının təmin olunması, pilot məktəblərin dərslik və dərs vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini tapıb.

“Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrə əsasən, 2013-2014-cü dərs ilində bir sıra orta məktəblərin I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulub.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button