Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq – AÇIQLAMA

Milli Məclisin Elm və təhsil komitəsi bu il “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsi hazırlayacaq.

Bu barədə Modern.az-a  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycanın təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır.

“Yəqin ki, yaz aylarında “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq. Yeni qanun layihəsi hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrəniləcək və ölkənin  reallıqları qanun layihəsində öz əksini tapacaq. Bu qanunun qəbulu ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verəcək”.

XARİCDƏ TƏHSİL
Akademi Group