Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) verdiyi məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:

– I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
– II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 100-dən az olma¬yan abituriyentlər iştirak edə bilərlər.
– III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
– III qrupun xarici dil ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
III ixtisas qrupu üzrə test imtahanı verən abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər.

Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

İxtisas seçimi avqustun 5-dən 9-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisə¬lərinin boş qalan yerləri olan ixtisaslarının da kod¬larını (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunmuşdur) göstərə bilərlər.

İxtisas seçmək hü¬ququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 15-dək ixtisas kodunu seçir və onları www.tqdk.gov.az/ali2010/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir.
Elektron ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar.

Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar.

Telebe.az