Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlanır

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) verdiyi məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:

– I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
– II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 100-dən az olma¬yan abituriyentlər iştirak edə bilərlər.
– III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
– III qrupun xarici dil ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
III ixtisas qrupu üzrə test imtahanı verən abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər.

Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

İxtisas seçimi avqustun 5-dən 9-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisə¬lərinin boş qalan yerləri olan ixtisaslarının da kod¬larını (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunmuşdur) göstərə bilərlər.

İxtisas seçmək hü¬ququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 15-dək ixtisas kodunu seçir və onları www.tqdk.gov.az/ali2010/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir.
Elektron ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar.

Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar.

Telebe.az

28 Comments

  1. Alina Eliyeva says:

    salamlar texnikuma işler haçan verilir qadası cavab yazardız xaiş

  2. eli says:

    azerbaycan maliyye ixtisad kollecinin ixtisaslari

  3. 2 quruplar lazimdi

  4. Aliya says:

    Salam. A kakiye professiyi est v 1 qruppe? Spasibo zaraneye.)))

  5. vuqar says:

    I-II-III-IV qruplarda ixtisaslar hansidi ve kecid ballari necedi?

  6. pirverdi says:

    1 qrup az dili riyaziyyat kimya fizika ingilis dili

  7. Gulbala says:

    Salam men haminizdan xaish edirem mene 1qrup ixtisaslari ve kecid ballarini yazardizda intiden tewekkurler.Mail adresim Gulbala_s@mail.ru

  8. Elmar says:

    men 1 qrup kecid bali ve hansi ixtisas oldugu maraglandirir

  9. her kese salalmlar.mende 1 qrupun ixtisaslarini bilmek isterdim

  10. emil says:

    mene II qrupun ixtisaslarin gondere bilersiz?

  11. Latifa says:

    Salam, II qrup üzrə ixtisas fənləri azərbaycan dili, riyaziyyat, ingilis dili, coğrafiya və tarixdir

  12. men9 cu sinifem mene 2 qrupun ixtisaslsri lazimdi zehmet olmasa deyin

  13. Fizuli says:

    texnikomlara ixtisas secimi ne vaxtdir?

  14. elnur says:

    mene 2 qrupun ixtisaslari lazimdi??

  15. murad says:

    mene 3 qrupun ixtisasi lazimdi

  16. qunel says:

    mene 3 qrup ixtisaslari lazimdi

  17. Men ikinci qrup ixtisasini bilmek isteyirem

  18. Men 2-ci qrup ixtisaslarini bilmek isteyirem!

  19. Men 2 qrup ixtisaslarini bilmek isteyirem!

  20. Men 2 qrup ixtisaslari bilmek isteyirem

  21. deniz says:

    men 3 qrup ixtisaslari bilmek isteyirem

  22. nergiz ahmedova says:

    salam
    mene 3 qrupun ixtisaslari lazimdir deye bilersiz?

  23. efsane says:

    mene 2 qrupun ixtisaslari lazimdir

  24. Emil says:

    Salam mene de 1-ci qrup ixtisaslari lazimdi

  25. ilham says:

    I II III IV qruplarda hansi ixtisaslar var.

  26. ELVIN QULIYEV says:

    Salam mene en esasi I qrup maraqalndirir mene I qrup ixtisaslarini deye bilersizmi?

  27. Nermin says:

    mene 3 qrupun ixtislari lazimdi deye bilersiniz?

  28. salamlar texnikumlara ixtisas secimi ne vaxt bashlayir?

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group