Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Onbirincilərin sınaq imtahanlarının nəticələri açıqlandı

Təhsil Nazirliyi aprelin 14-də ölkənin bir neçə bölgəsində  XI sinif  üzrə keçirdiyi yoxlama (sınaq) imtahanlarının nəticələrini açıqlayıb.

Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə Şöbəsindən Modern.az saytına bildirilib ki, budəfəki imtahanlar Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında keçirilib.

İmtahanların nəticələrini Təhsil Nazirliyinin saytından –  http://exam.edu.gov.az/  öyrənmək olar.

XI siniflərdə sınaq imtahanı Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.

Qeyd edək ki, yoxlama sınaq imtahanı zamanı şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button