Nobel sülh mükafatını 17 yaşlı pakistanlı aldı


1412942293_ai_2499820bMükafat bütün uşaqların təhsil hüququ uğrunda mübarizəyə görə verilib.
Osloda 2014-cü il Nobel sülh mükafatının laureatları açıqlanıb.
Sun.Az xəbər verir ki, bu mükafata pakistanlı məktəbli Malala Yusifzayi və 60 yaşlı hüquq müdafiəçisi Kaylaş Satyarti (Hindistan) layiq görülüblər.
Mükafat onlara uşaqların hüquqlarının tapdanmasına qarşı və bütün uşaqların təhsil hüququ uğrunda mübarizəyə görə verilib.
Kaylaş Satyarti öz həyatını yaşamaq üçün işləməyə məcbur olan uşaqların hüquqlarının qorunmasına həsr edib.
Malala Yusifzayi onunla məşhurdur ki, o, bütün dünyada qızların təhsil hüququ uğrunda çıxış edir və buna görə, taliblər Əfqanıstanda onu güllələməyə cəhd göstəriblər.
Kaylaş Satyarti artıq 20 ildən çoxdur ki, uşaqların hüquqları uğrunda mübarizə aparır. Onun “Baçpan Baçao Andolan” xeyriyyə təşkilatı bütün dünya üzrə qul şəraitində yaşayan 80 mindən çox uşağı azad edə bilib.
Bütün azad olunan uşaqlara onların cəmiyyətə inteqrasiyası və təhsil almaları istiqamətində kömək göstərilib.
Malala Yusifzayi 2012-ci ildə məşhurlaşıb.
2009-cu ildə Pakistanın taliblər tərəfindən nəzarət olunan Svat Vadisində yerli rəhbərlik qızlara məktəbə getməyi qadağan edib və 11 yaşlı Malala buna qarşı çıxaraq, təhsil hüququnu müdafiə etməyə başlayıb.
O, başqa adla BBC-də uşaqların hüquqları uğrunda mübarizəyə həsr olunmuş bloq aparmağa başlayıb və tezliklə həmin bloq məşhurlaşıb.
2012-ci ilin oktyabrında silahlı taliblər qıza qarşı sui-qəsd həyata keçiriblər, lakin o sağ qalıb. İndi 17 yaşlı qız valideynləri ilə birlikdə Britaniyada yaşayır.
Qızın atası Pakistanın Birminhemdəki konsulluğunda çalışır, Malala isə eyni şəhərdə məktəbə gedir.
Qız bütün dünyada uşaqların təhsil hüququ uğrunda mübarizəni davam etdirir

Daha çox göstər

Oxşar xəbərlər