Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Nazirlik təkzib etdi: Müəllimlərdən məcburi pul yığılmır

Təhsil Nazirliyi müəllimlərdən orduya dəstək üçün məcburi pul yığılması ilə bağlı iddialara aydınlıq gətirib.
LiderXeber.az-ın xəbərinə görə, Nazirliyin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu iddialara həqiqətdən uzaqdır.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan xalqının hər bir vətəndaşı öz döyüşən ordusuna sevgisini, istəyini bildirmək üçün əlindən gələni etmək istəyir və bunun üçün bir çox təşəbbüslərlə çıxış edir. Bu işdə maarif, təhsil ruhlu insanların təşəbbüskar olması təbiidir.
“Aprel ayının ilk həftəsində Azərbaycanın Silahlı Qüvvələrinin düşmənin təxribatına cavab olaraq sarsıdıcı zərbəsi xalqımızın vətənpərvərlik ruhunu, illər boyu arzuladığımız qələbəyə olan inamımızı daha da artırıb. Onun sözlərinə görə, vətən uğrunda gedən döyüşlərdə Silahlı Qüvvələrimiz ön cəbhədə üzərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirdi, xalqımıza çox mühüm qalibiyyət yürüşünün fəxarətini yaşatdı. Azərbaycan ordusu döyüş ruhuna,mükəmməl təminat-təchizat səviyyəsinə görə bu gün dünyanın ən yaxşılarındandır”.
Nazirlik rəsmisi onu da vurğulayıb ki, son günlər ərzində ordumuza öz doğmalıq hissini, sevgisini çatdırmaq üçün təhsil kollektivləri müxtəlif təşəbbüslər irəli sürüblər. Bunlardan biri də öz əmək haqlarından müəyyən hissənin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsi ilə bağlı olan istəkdir:
“Təhsil Nazirliyi də bunun qanunvericilik çərçivəsində könüllülük prinsipinə uyğun olaraq birdəfəlik edilməsini tövsiyə edib. Bir daha bildirmək istəyirik ki, bu, güclü və yüksək təminatlı Azərbaycan Ordusuna xalqın sevgisinin paylaşımı və könüllü yardımlaşmasının nişanəsidir. Bununla bağlı hər hansı məcburetmə halı yolverilməzdir. Əgər hər hansı bir təhsil işçisi buna və digər adla istənilən vəsait yığımlarına məcbur edilirsə, Təhsil Nazirliyinin “qaynar xətt”nə müraciət edə bilərlər”-deyə Cəsarət Valehov bildirib.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button