Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Nazirlik Müəllimlər İnstitutu və keçid balı ilə bağlı açıqlama verdi

tehsil-nazirliyiAzərbaycan Müəllimlər İnstitutunun (AMİ) hər hansı filialının fəaliyyəti dayandırıldığı halda, orada çalışan əməkdaşların işlə təmin olunma məsələsi qanunvericiliyə uyğun həll ediləcək”.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırarkən qeyd edilib. Eyni zamanda bildirilib ki, vətəndaşları narahat edən AMİ-nin Gəncə filialının bağlanması məsələsinə də aydınlıq gətirilib. “Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ləğv olunmayıb. Sadəcə olaraq, bu ildən qeyd olunan filiala tələbə qəbulu planlaşdırılmayıb”.

Nazirlik həmçinin tələbələrin imtahan keçid balları ilə bağlı onları narahat edən məsələlərə də münasibət bildirib.

“Təhsil Nazirliyinin 11 sentyabr 2008-ci il tarixli, 1060 nömrəli əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə”nin tələblərinə görə ali təhsil müəssisələrində fənn üzrə imtahan zamanı 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla, ümumilikdə, 51-dən az olmayaraq bal toplayan tələbə imtahanı müvəffəqiyyətlə vermiş hesab olunur”.

Tələblərin nə vaxt başqa ali məktəbə köçürülməsinə gəlinsə isə qeyd edilib ki, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button