Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Nazirdən tələbələrə şad XƏBƏR: “Bakıda yeni tələbə şəhərciyi istifadəyə verilib”

“Bir neçə aydan sonra Gəncə şəhərində 3 korpusdan ibarət, böyük bir yataqxana tələbələrin istifadəsinə veriləcək”.

AzEdu.az xəbər veirr ki, bu sözləri Təhsil naziri Ceyhun Byaramov Bakı Ekspo Mərkəzində keçiriulən 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılış mərasimində jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir tələbələrin məskunlaşması həyata keçirlən yataqxana layihələrindən və gələcək planlardan da söz açıb. O, bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində ötən il ərzində inşa edilmiş yeni yataqxana artıq istifadəyə verilib:

“Layihə Univerium adlanır. Ən müasir standartlara cavab verir. Yataqxanada tələbələrin asudə vaxtlarının təşkili, müxtəlif müzakirələrin həyata keçirilməsi, idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.

Bu, böyük təşəbbüs idi. Maraqlı məqam ondan ibarətdir ki, həmin yataqxananın tikintisinə dövlət vəsaiti sərf edilməyib. Bu, dövlət – özəl partnyorluğu əsasında həyata keçirilmiş layihədir”.

Ceyhun Bayramov bildirib ki,  tələbələrin yataqxana imkanlarının genişləndirilməsi hər zaman Təhsil Nazirliyinin diqqətində olan məsələdir:

“Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Məsələn, Gəncə Dövlət Universitetinin böyük bir yataqxana kampusu var idi və orada məcburi köçkünlər məskunlaşmışdılar. Məcburi köçkünlər yeni binalara köçürüldükdən sonra hazırda orada yenidənqurma əsaslı təmir işləri həyata keçirilir. Bir neçə aydan sonra 3 korpusdan ibarət, böyük bir yataqxana tələbələrin istifadəsinə veriləcək.

Digər bir sıra universitetlərdə də oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button