Multidissiplinar Elmi Forum (MEF) 2017 keçiriləcək

Azərbaycan Elm Assosiasiyası olaraq sizləri dünya elmində baş verən yeniliklərin Azərbaycan auditoriyasına çatdırılması məqsədi ilə təşkil olunan Multidissiplinar Elmi Forumda iştirak etməyə dəvət edirik.

Forumda sizləri gözləyir:
– Bir-birindən maraqlı 12 təqdimat
– UProject poster müsabiqəsi
– Müxtəlif sərgi və nümayişlər (robotlar, startuplar, kitablar və s.)

İştirak pulsuzdur.
Forum ərzində isti içkilər və nahar təmin olunacaq.
Forumda iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək mütləqdir:https://azescience.org/mef-2017/qeydiyyat/
Son qeydiyyat tarixi: 3 Oktyabr

Forum iştirakçılarına sertifikatlar veriləcək. Saat 10:30-dan 10:45-ə qədər girişdə yoxlama qeydiyyatı aparılacaq. Sertifikat almaq üçün yoxlamada iştirakınızı təsdiq etməyiniz mütləqdir. Sertifikatlar tədbirin sonunda veriləcək.

Ünvan: Pullman Badambar Oteli (keçmiş Kempinski)
Tarix: 8 Oktyabr
Başlama saatı: 10:30
Bitmə saatı: 17:00
Yoxlama qeydiyyatı: 10:30 – 10:45
Son giriş saatı: 10:45

Təqdimatların siyahısı:

– Tərlan Süleymanov – Sürücüsüz Avtomobillər (Oksford Universiteti)
– Mədinə Quliyeva – Nanotexnologiya və Bərpa Tibbi (London Universitet Kolleci)
– Rəşad Həsənov – Kəşfdən müalicəyə: hepatitin qarşısının alınması üçün vacib olan sənsən (German Hospital)
– Orxan Kərimzadə – Bərpa olunan enerji mənbələri: Problemlər və Perspektivlər (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
– Tural Qulu – Universal Tibbi Təminat (Harvard Universiteti)
– İnqilab Şahbazov – Cinayət və cəza (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi)
– Elxan Nəcəfov – Kitabxanaçılıq – dünya təcrübəsi (Hədəf Kursları)
– Hüseyn Xəlilov – Auditoriya psixologiyası (‎Bakı Mühəndislik Universiteti)
– Cavid Şahmalıyev – Sosial sahibkarlıq (Uğur Akademiyası)
– Rəşad Həsənov – İqtisadi şaxələnmə (İqtisadi və Sosial İnkişaf Mərkəzi)
– Pərviz Əliyev – Kənd təsərrüfatının inkişafında dünya təcrübəsi (Kənd Təsərrüfatı Nazirliyi)
– Qorxmaz Mustafayev – İstedadlı uşaqlarla işin təşkili, Respublika və Beynəlxalq olimpiadalar (Azərbaycan Respublikası Təhsil İnstitutu)

Nəqliyyat:
Avtobuslar – 53, 206, 29.
Şəxsi avtomobillərin üçün otelin avtodayanacağı var.

Forum haqqında ətraflı məlumat:
https://azescience.org/mef-2017/

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group