Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Mübariz Mənsimovdan Türkiyədə oxuyan tələbələrə müjdə- DAHA 100 NƏFƏRƏ TƏQAÜD VERİLƏCƏK

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun prezidenti olduğu “Palmali Holding” tərəfindən elan olunmuş II Təqaüd Proqramına Müraciət Prosesi başa çatıb.

gununsesi.az xəbər verir ki,Bununla əlaqədar “Palmali Holding” nəticələri açıqlayır. II Təqaüd Proqramına əsasən, daha 100 azərbaycanlı tələbəyə təqaüd veriləcək. Bununla da Türkiyədə təhsil alan və “Palmali Holding”in təqaüd proqramına cəlb edilən azərbaycanlı tələbələrin sırası daha da artdı. “Palmali”nin II Təqaüd Proqramına cəlb olunacaq tələbələr arasında seçimdə aşağıda göstərilən 3 kateqoriyadan olan şəxslərə üstünlük verilib:

1)Şəhid ailələrindən olan tələbələrə;
2)Qarabağ müharibəsi veteranlarının ailələrindən olan tələbələrə;
3)Məcburi köçkün ailələrindən olan tələbələrə.

Qeyd edək ki, “Palmali”nin yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 31 may 2019-cu il tarixinə qədər həyata keçirilib.

Onu da qeyd edək ki, bundan əvvəl I Təqaüd Proqramına qoşulan 100 azərbaycanlı tələbə davamlı olaraq burslarını alırlar.

Bir mühüm məqamı da nəzərinizə çatdırırıq ki, Təqaüd Proqramı yalnız tələbələrə bursvermə proqramı kimi qiymətləndirilməməlidir.

Vurğulamalıyıq ki, burs alan tələbələrdən bir qrupu “Palmali” şirkətində əmək haqqı almaq şərti ilə təcrübə keçiblər. Daha sonra isə həmin tələbələrdən bir neçəsi “Palmali” şirkətində işlə təmin olunublar. Beləliklə, “Palmali Holding” şirkəti Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin daha dərin biliklər qazanmaları üçün Təqaüd Proqramları vasitəsilə onlara əlavə motivasiya verir, eyni zamanda həmin tələbələrin həyatlarının növbəti mərhələlərində irəli getməsinə hərtərəfli kömək göstərir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button