Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi yeni təlim üçün ərizə qəbulu elan edir

fb-logo-2Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (CIE), Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) ilə əməkdaşlıqda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil siyasətinin hazırlanmasına dair təlimdə iştirak etmək üçün ərizə qəbulu elan edir.

 

Təlimin keçirilməsində əsas məqsəd təhsil sahəsində çalışan dövlət qulluqçularının və mütəxəssislərin siyasət hazırlanması və təhlili üzrə bilik və bacarıqlarını artırmaqdır. Təhsil sahəsində tədqiqatçılar, həmçinin, təhsilin idarə olunması, təhsil iqtisadiyyatı və maliyyələşdirilməsi, təhsildə qiymətləndirmə və digər əlaqədar mövzularda maraqlı olan şəxslərin iştirakı arzuolunandır.Təlim sessiyaları ilk olaraq, təhsil siyasəti hazırlanmasının ümumi anlayışını iştirakçılara təqdim edəcək. Bundan sonra iştirakçılar seçilmiş təhsil proqramlarının fərdi hal olaraq siyasət məsələsi kimi təhlilini aparacaq və həmin məsələlərin həlli istiqamətində siyasət sənədi hazırlayacaqlar.Sessiyalar həmçinin aşağıdakı mövzuları əhatə edəcək:

 

–          Siyasət hazırlanmasının dövrü prosesi nədən ibarətdir və hansı mərhələləri özündə cəmləşdirir?

–          Tədqiqat metodları və kəmiyyət göstərcilərinin təhlili

–          Pilot layihələrini siyasət hazırlanması aspektindən necə qiymətləndirmək olar və pilot layihələrin nəticələri siyasət hazırlanmasında necə istifadə oluna bilər?

–          Qlobal indekslər siyasət hazırlanmasında necə istifadə oluna bilər?

–          Siyasət hazırlama səlahiyyəti olan qurumlarla beyin mərkəzi və tədqiqat mərkəzləri arasında əməkdaşlıq imkanları hansı yollarla mümkündür?

Bundan başqa, təlim məlumat bazalarından istifadənin sübut və faktlara əsaslanan siyasət qərarlarında rolunu izah edəcək, mövcud məlumatların analitik istifadəsi üçün zəruri bilik və bacarıqları iştirakçılara aşılayacaq, beynəlxalq təcrübədə tanınan siyasət hazırlama təcrübələrini iştirakçılara təqdim edəcək və nəhayət, iştirakçılar üçün şəbəkələşmə imkanı yaradaraq mümkün əməkdaşlıq mühiti yaratmağa xidmət edəcək.

Təlim 15 fevral 2014-cü ildən başlayaraq, hər həftənin şənbə günü olmaqla 8 həftə ərzində Azərbaycan Dillər Universiteti Amerika Mərkəzində (Rəşid Behbudov küç.,60) keçiriləcəkdir. Təlimin işçi dili Azərbaycan dilidir.

Təlimdə iştirak etmək istəyənlər aşağıdakı keçiddəki müraciət formasını tamamlayıb 9 fevral 2014-cü il tarixinədək göndərməlidirlər: http://bit.ly/cieapplication

 

Əlavə məlumat üçünəlaqələndirici şəxs: Eltac Muradlı

Email: EMuradli@cie.az

Tel.: 012-498-6043 (dax.27)

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group