Müəllimlərin diaqnostik qiymətləndirilməsində YENİLİK olacaq – MÜSAHİBƏ

Təhsil İnstitutunun İnsan resursları mərkəzinin müdir əvəzi Murad Camalzadə müəllimlərin diaqnostik qiymətləndirməsi ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.


– Murad müəllim, müəllimlərin diaqnostik qiymətləndirilməsi nə vaxt baş tutacaq?

– Mayın 26-dan etibarən keçirilməsi nəzərdə tutulur. Eyni zamanda iyunun 2-nə qədər davam edəcək. Diaqnostik qiymətləndirilmə ancaq Bakıda keçiriləcək. Respublikanın bütün ümumtəhsil məktəblərində çalışan müəllimlər, məktəb direktorları, direktor müavinləri, təhsil şöbəsindəki dövlət qulluğu və metodist vəzifəsində çalışanlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilmədə iştirak edə bilər.

– Bəs müəllimlərin şəxsi səhifələrinə məlumatlar nə vaxt göndəriləcək?

– Hazırda ərizələr yoxlanılır. Ərizəsi təsdiq olunanlara dərhal məlumatlar göndərilir. Ərizəsi təsdiq olunmayanların isə məlumatları yoxlanılır. Təsdiq olunduqca göndəriləcək. Vətəndaşların şəxsi səhifəsinə məlumatların göndərilməsi prosesi hazırda davam edir.

-Hazırda nə qədər müəllimin ərizəsi daxil olub?

– Hələ ki, 13.357 nəfərin ərizəsi təsdiq olunub. Ümumilikdə 20.000 yaxın ərizə daxil olub.

-Digər bir məsələ isə əvvəlki qiymətləndirmədə iştirak edənlərlə bağlıdır. Diaqnostik qiymətləndirmədə iştirak edən əvvəlki müəllimlər arasında yenidən balını artırmaq istəyənlər varmı? Bununla bağlı müraciət edən müəllimlər varmı?

-Əlbəttə. Əvvəlki imtahanlara qatılan müəllimlər bu dəfə də iştirak edə bilər. Hətta, kifayət qədər bu cür müraciətlər mövcuddur.

– O zaman yerdəyişmə zamanı müəllimin hansı balı nəzərə alınacaq? Ən yüksək topladığı yoxsa, ən aşağı bal?

– Müəllimlərin yerdəyişməsi zamanı könüllük prinsipinə əməl olunur. Baxır müəllim hansı bala uyğun yerdəyişmə istəyir!. Əgər bu dəfəki balı aşağı olarsa, əvvəlki balına uyğun yerdəyişmə edə bilər. Ən yüksək bal 60-dır.

-Yerdəyişmədə dəyişiklik ondan ibarətdir ki, rayondaxili və şəhərdaxili yerdəyişmələr birləşdirilib. Əvvəl rayon (şəhər) daxili yerdəyişməsi ayrı, rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə isə başqa tarixdə keçirilirdi. İndi isə hər ikisi eyni anda keçiriləcək.

Eyni zamanda, güzəştli kateqoriyalar mövcuddur. Məsələn, şəhid və ya hərbçi ailəsinin üzvü, həmçinin, iş yerini faktiki yaşadığı və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirinin tətbiq olunduğu məktəbə dəyişmək istəyən şəxslərin balı artıma əmsalına vurulmaqla hesabalancaq. Şəhid və hərbçi ailələrinin topladığı ballar bir tam onda bir artım balına vurulacaq. İş yerini yaşadığı ərazidəki həvəsləndirmə tətbirlərinin tətbiq olunduğu məktəbə dəyişənlərin balı isə bir tam yüzdə beş artım balına vurulacaq.

– İşə qəbul prosesində nə dəyişikliklər gözlənilir?

– İşə qəbulla bağlı dəyişiklik ondan ibarətdir ki, namizədlərin topladığı bal iki tədris ili ərzində qüvvədə qalacaq. Müəllim bal toplayıbsa, ondan sonrakı 2 tədris ili ərzində hansısa məktəbdə vakansiya olduğu təqdirdə daimiləşmək üçün müraciət edə bilərər.

– Müəllimlərin işə qəbul prosesində yaş kateqoriyası necə olacaq?

– 65 yaşına qədər hər bir müəllim işə qəbulla bağlı müraciət edə bilər.

– Əsasən hansı bölgələrdə işə qəbulla bağlı vanaksiya olur?

– Əsasən Bakıda daha çox olur. Bölgələrdə də vakansiyalar çoxdur.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group