Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Moskva Dövlət Universiteti haqda nə bilirik?

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) –Moskvanın aparıcı və ən böyük ali məktəbi, Rusiyanın qədim universitetlərindən biri, mədəniyyət və elm mərkəzidir.

Moskva Dövlət Universitetinin əsası 1755-ci ildə qoyulub. Saytı http://www.msu.ru

MDU-da 9 elmi-tədqiqat institutu, 40 fakültə və 300-dən çox kafedra fəaliyyət göstərir.

Universitetdə 31 min tələbə, 7 min aspirant təhsil alır. Fakültələrdə və elmi-tədqiqat mərkəzlərində 4 min professor və müəllim, 5 minə yaxın elmi işçi işləyir. Yardımçı və xidmət göstərən heyət təxminən 15 minə yaxındır. “Leninskiye Qorı”dakı əsas bina daxil olmaqla 600 bina və tikili universitetin sərəncamındadır. Onların ümumi sahəsi 1 mln. m2-dir. Gələcəkdə universitetin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.

Filialları Sevastopol (Ukrayna), Puşino, Çernoqolovka, Astana (Qazaxıstan), Daşkəntdədir (Özbəkistan). Qeyd  yaxın  vaxtlarda  Azərbaycanda da Universitetin  filialının  açılması  nəzərdə  tutulub.

MDU-nun elmi kitabxanası ədəbiyyatın müxtəlif sahələrini əhatə edən, həm rus, həm də xarici dillərdəki bilikləri özündə cəmləşdirən Rusiyanın böyük kitabxanalarından biridir.

Universitetdə Elmi-tədqiqat institutu və D.N.Anuçin adına antropologiya muzeyi;

D.V.Skobelsın adına nüvə fizikası elmi-tədqiqat institutu;

Yerşünaslıq elmi-tədris muzeyi;

Zoologiya elmi-tədqiqat muzeyi;

MDU-nun tarix muzeyi;

Qədim botanika bağı;

MDU-nun arxivi;

MDU-nun tələbə teatrı fəaliyyət göstərir.

1992-ci ildən universitetin rektoru SSRİ və Rusiyanın dövlət mükafatı lauretatı, fizika-riyaziyyat elmləri doktoru, MDU-nun professoru, akademik Viktor Antonoviç Sadovniçiydir.

Tarixi  faktlar:

MDU 1917-ci ilə qədər Moskva İmperator Universiteti adlanırdı.

Sonralar universitetin adı bir neçə dəfə dəyişdirilib:

1917-ci ildən 1930-cu ilin sentyabrına qədər Birinci Moskva Dövlət Universiteti;

1930-cu ilin sentyabrı – 20 oktyabr 1932-ci il – Moskva Dövlət Universiteti;

20 oktyabr 1932-ci il – 11 noyabr 1937-ci il – M.N.Pokrovskiy adına Moskva Dövlət Universiteti;

11 noyabr 1937-ci il – 7 may 1940-cı il – Moskva Dövlət Universiteti;

7 may 1940-cı il – 7 may 1955-ci il – M.V.Lomonosov adına Moskva Dövlət Lenin ordeni Universiteti

7 may 1955-ci il – 22 yanvar 1980-ci il – M.V. Lomonosov adına Moskva Dövlət Lenin və Qırmızı Əmək bayrağı ordeni universiteti;

22 yanvar 1980-ci il – 1991-ci il – M.V. Lomonosov adına Moskva Dövlət Lenin, Oktyabr inqilabı və Qırmızı Əmək bayrağı ordeni universiteti

1991-ci ildən universitetin adı rəsmi olaraq M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) adlanır.
Universitetin yaranmasında ensiklopedist-alim, birinci rus akademik Mixayil Vasilyeviç Lomonosovun elmi fəaliyyətinin böyük rolu olmuşdur.

XIX əsrdə universitetdə ilk elmi cəmiyyətlər yarandı: Təbiət sınaqçıları cəmiyyəti; Rusların tarixi və qədimliyi cəmiyyəti; Rus ədəbiyyat həvəskarları cəmiyyəti.

Maarifçilik, elm və mədəniyyətin birləşməsi universiteti, A.İ.Gersenin deyiminə görə, “rus təhsilinin mərkəzi”, dünya mədəniyyətinin mərkəzlərindən birinə çevirdi.

1804-cü ildə Universitet nizamnaməsi qəbul olunur, universitetə muxtariyyət verilir, professorların arasından rektor və fakültə dekanları seçilir. İlk rektor tarix üzrə professor X.A.Çebotarev seçilir. Professorlar şurası universitetin müqəddəratını həll edən məsələləri , elmi adların kimə verilməsini müəyyənləşdirirdilər.

Universitet tipoqrafiyasında Şuranın razılığı ilə çap olunan kitablar senzuradan azad olunurdular. Tələbələr 4 fakültədə: əxlaqi və siyasi elmlər, fizika və riyaziyyat elmləri, tibbi elmlər, filologiya elmləri fakültələrində oxuyurdular. Təhsil 3 il davam edirdi. Buraxılış imtahanlarından sonra universiteti müvəffəqiyyətlə bitirən tələbə namizəd dərəcəsi, qalanları isə “həqiqi tələbə” adını alırdı.

1804-cü ilin nizamnaməsinə görə universitet orta və ibtidai təhsil məktəblərinə rəhbərlik edirdi.

1812-ci ildə Napoleonun Rusiyayaуa qoşun yeritməsi tələbələrdə misli görünməmiş vətənpərvərlik hissləri oyatdı. Napoleonun əsgərləri Moskvaya daxil olan zaman universitetin binaları tamamilə yandırıldı. Kitabxana, arxiv, muzey, elmi təchizat məhv oldu. Bundan sonra universitetin bərpası bütün rus cəmiyyətinin vəzifəsinə çevrildi.

Bir sıra elmi idarələr, alimlər, təsadüfi insanlar universitetə pul, kitab, qədim əlyazmalar, təbii-elmi kolleksiyalar, cihazlar verməklə kömək edirdilər.

Universitet kitabxanası yalnız 1815-ci ildə 7,5 mln. kitab yığmağa müvəffəq olur. Çətin vəziyyətə baxmayaraq, professor və tələbələr 1813-cü ilin 1 sentyabrında artıq dərslərə başlayırlar. XIX əsrin 20-ci illərində isə tələbələrin sayı 500 nəfər artır.

MDU-nun fakültələri:

Jurnalistika fakültəsi

Mexaniki-riyaziyyat fakültəsi

Tətbiqi riyaziyyat və kiberntika fakültəsi

Fizika fakültəsi

Kimya fakültəsi

Xammal elmləri fakültəsi

Tibb fakültəsi

Bioenerji və bioinformatika fakültəsi

Torpaqşünaslıq fakültəsi

Geologiya fakültəsi

Coğrafiya fakültəsi

Tarix fakültəsi

Filologiya fakültəsi

Hazırlıq fakültəsi

Fəlsəfə fakültəsi

Iqtisadiyyat fakültəsi

Hüquq fakültəsi

Asiya və Afrika ölkələri institutu

Sosiologiya fakültəsi

Xarici dillər və regionşünaslıq fakültəsi

Dövlət idarəçiliyi fakültəsi

Incəsənət fakültəsi

Biznes ali məkəbi

Moskva iqtisadiyyat məktəbi

MDU-nun qlobal proseslər fakültəsi

MDU-nun Fizika-kimya fakültəsi

MDU-nun Qaradəniz filialı

MDU-nun Qazaxıstan filialı

Hərbi təhsil fakültəsi

İxtisaslaşdırılmış elmi-tədris mərkəzi

Dünya siyasəti fakültəsi

Əlavə təhsil fakültəsi

Tərcüməçilik fakültəsi

Dövlət inzibatçılıq fakültəsi

Dövlət audit fakültəsi

Idarəçilik və innovasiya fakültəsi

Innovasiya biznesi fakültəsi

Müasir sosial elmlər fakültəsi

Innovasiya biznesi fakültəsi (Korporativ universitet)

Əsas bina

Əsas bina mərkəzi hissədədir. Stalinin təklifi ilə 1947-ci ildə SSRİ nazirlər soveti Moskvada çoxmərtəbəli binaların tikilməsi qərarını qəbul etdi. İnşa edilən binalardan biri də“Leninskiye Qorı”da yerləşən (hazırkı “Vorobyovı Qorı”) MDU-nun əsas korpusu oldu.

Əsas binanın tikintisi Lev Rudnevin başçılığı etdiyi memarların iştirakı ilə həyata keçirilib. Tikinti vaxtı bu tikili Avropada ən hündür bina sayılırdı.

Binada ilk dərslər 1 sentyabr 1953-сü ildə başlandı.

Mərkəzi hissə 36 mərtəbədən ibarətdir. Burada rektorat, ümumi universitet idarələri və təşkilatları, gənclər şurası, mexaniki riyaziyyat, coğrafiya, geologiya fakültələri, yerşünaslıq muzeyi, laboratoriya və auditoriyalar, kitabxanalar, yeməkxana yerləşir./TELEBE.AZ/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button