Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Mingəçevirdə “Hilal Book cafe” adlı sosial biznes layihəsinin açılışı olub.

Avqustun 8-də Mingəçevirdə “Hilal Book cafe” adlı sosial biznes layihəsinin açılışı olub. Açılışda çıxış edən layihə rəhbəri Türkan Əkbərova “Hilal Book cafe” haqqında qonaqlara məlumat verərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi Sosial Sahibkarlığın təməl prinsiplərini əsas götürərək, Mingəçevirdə yaşayan gənclər arasında mütaliə vərdişlərini gücləndirmək, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək üçün vaxtaşırı intellektual oyunlar, debatlar təşkil olunacaq, yazıçılar və ictimai xadimlərlə görüşlər təşkil olunacaq”. Qeyd edək ki, “Hilal Book cafe” layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, “Education HUB”-ın təşkilatçılığı ilə həyata keçirilən “Sosial Sahibkarlıq Laboratoriyası” proqramı çərçivəsində baş tutub.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button