Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Malta Universiteti

Yerli və ya xaricdə olmasına baxmayaraq, ali məktəb seçmək çox ciddi məsələdir. Əgər siz təhsilinizi Avropada davam etmək istəyirsinizsə, Malta Universiteti ən doğru seçim olardı. Malta Universiteti Avropanın ən qədim universitetlərindən biridir. Bu gün universitetin çox gözəl adı var və bütün dünya onun diplomlarını tanıyır.
Malta Universiteti Avropanın ən qədim universitetlərindən biridir. Bu gün universitetin çox gözəl adı var və bütün dünya onun diplomlarını tanıyır.
Universitetdə tədris ingilis dilində aparılır. Bəzi bir neçə dil tələb edən sahələr istisna ola bilər.

Fakultələr və peşələr
Universitetdə bakalavr, magistr və doktorluq dərəcələri verən 10 fakultə, ixtisaslaşdırılmış institutlar və mərkəzlər var.
Onlardan bəziləri:
• İncəsənət (bakalavr) – (ingilis dili, antropologiya, incəsənət tarixi, sivilizasiya tarixi, beynəlxalq əlaqələr, psixologiya, sosiologiya, teatr, fəlsəfə)
• Kommersiya (bakalavr) – (bank işi və maliyyə, mühasibat uçotu, menecment, iqtisadiyyat)
• Elm (bakalavr) – (fizika, kimya, riyaziyyat, biologiya, informatika, kompüter texnologiyası)
• Psixologiya (bakalavr)
• Hüquq və humanitar elmlər (bakalavr)
• Incəsənət (Magistr) – (diplomatiya, fəlsəfə)
• Tibb elmləri doktoru

Tədris prosesi

Tədris modul prinsiplər əsasında aparılır.
Tələbə hər semestrdə credits adlanan müəyyən olunmuş sayda modul-fənnlər keçməlidir. Bir fənn bir neçə moduldan ibarət ola bilər. Tələbənin təhsilini müvəffəqiyyətlə başa vurması üçün bir ildə müəyyən olunmuş 22-25 modul yığmalıdır. Bir tədris modulu 14 leksiya saatından və 36 müstəqil iş saatından ibarətdir.  Modulun bir hissəsi məcburi, digər hissələri isə tələbənin isstəyinə görədir. Tədris ili 2 semestrdən ibarətdir. Yanvarın və mayın axırı testlər keçirilir. Imtahanlar iyunun 1-i və iyulun 15, tətil isə Milad bayramı ərəfəsində 2 həftə və Pasxa bayramında iki həftədir.

Universitet şəhərciyi

Universitetin kitabxanasında kitablar, dövri mətbuat, diplom işləri, dissertasiyalar, kompüterləşdirilmiş kataloqlar, oxu zalı, informasiya xidməti, internetə çıxışı olan kompüter laboratoriyaları, coğrafi informasiya sistemi labaratoriyası var. burada həmçinin dil öyrənmək üçün lionqafon və kompüter sinifləri də fəaliyyət göstərir.
Materiallar malta, ingilis, fransız, alman, ərəb, ispan dillərindədir.

Idman

Hovuz, trenajor zalı, futbol, basketbol meydanları, tennis meydanları tələbələrin ixtiyarındadır. Universitetin idman klubu tələbələrə sualtı üzgüçülük və digər idman npvləri ilə məşğul olmaöa tam şərait yaradır.
universite də bir neçə tələbə təşkilatları fəaliyyət göstərir. Hər semestr başlanğıcı yeni daxil olmuş tələbələrə tələbə qrupuna uyğunlaşmaq üçün söhbətlər və tədbirlər keçirilir.

Universitetə qəbul

Bütün xarici dövlətlərin universitetlərində olduğu kimi qəbul imtahan keçirilmədən, orta ixtisas haqda sertifikatla aparılır. Burada oxumaq üçün ingilis dili biliyi TOEFL-550 xal olmalıdır. Əgər tələbənin dil bilmə səviyyəsi bundan az olarsa, onu hazırlıq kursuna (Foundation Course) qəbul edirlər. Bu kurs xüsusi olaraq, tədris prosesinə uyğun səviyyədə dil bilməyən xarici tələbələr üçün nəzərdə tutulub.
Təhsil haqqı

Tələbənin təhsil haqqı onun seçdiyi proqramdan asılıdır. (ildə 4500 avro olmaqla). Təhsil haqqı oktyabr ayının 1-nə qədər tamamilə keçirilməlidir Yaşayış
Tələbələr universitetin yaxınlığında yerləşən tələbə kompleksində olan mənzillərdə qala bilərlər. Mənzillər 1-2 nəfərlik 2 və ya 3 yataq otağından ibarətdir. Yataq dəstləri və gündəlik təmizlik ödənilən kirayə haqqına daxildir. Tələbə kompleksində bar, restoran, mini market, oyun zalları, qaçış cığırı, tennis meydanı, hovuz, məşğələ otaqları, konfrans zalı var. Aylıq kirayə haqqı 700 avrodur.Ülviyyə Filiyeva /TELEBE.AZ/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button