Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Magistrların qeydiyyatı başa çatdı

logo TQDK-big2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturasına qəbul olanların ali təhsil müəssisəsində qeydiyyatı bu gün saat 17:00-da başa çatıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların 86 faizi daxil olduqları məktəblərdə qeydiyyatdan keçiblər. Bakalavrların qeydiyyatının iyulun 3-dən 12-dək, 10 gün müddətində aparıldığını deyən E. Nağızadə qeyd edib ki, həmin müddətdə bakalavrların qeydiyyatdan keçməməsi onların müvafiq ixtisasdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından xaric ediləcək.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir. Ali məktəblərin magistratura pilləsi üzrə boş qalan plan yerlərinə isə əlavə qəbul avqustun əvvəllərində aparılacaq.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button