Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Magistraturaya boş qalan yerlərin sayı açıqlanıb

logo TQDK-big2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuş 5765 bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, magistraturaya qəbul olanların 822 nəfəri tələb olunan müddətdə qeydiyyatdan keçməyib. Bakalavrların qeydiyyatı iyulun 3-dən 12-dək, 10 gün müddətində aparılıb. Həmin müddətdə qəbul olanların qeydiyyatdan keçməməsi həmin bakalavrların magistraturada təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib və onlar qəbul olanların siyahısından xaric edilib.

Bu il magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb. Qəbul imtahanlarının nəticələrinə əsasən 1851 plan yeri boş qalıb. Ali məktəblərin magistratura pilləsi üzrə boş qalan plan yerlərinə əlavə qəbul isə avqustun əvvəllərində aparılacaq.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün t ali məktəblərin magistraturalarına təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button